• Qısa impulsların formalaşdırılması.
  • İmpuls genişləndiricisi.
  • Microsoft Word II -an imp.+




    Download 3,55 Mb.
    bet79/142
    Sana27.05.2024
    Hajmi3,55 Mb.
    #255298
    1   ...   75   76   77   78   79   80   81   82   ...   142
    Bog'liq
    Microsoft Word II -an

    Gözləyən multivibrator. «Və-yox» məntiq elementləri əsasında qurulmuş gözləyən multivibratorun sxemi şəkil 5.21-də verilmişdir.
    Qurğunun ilkin dayanıqlı vəziyyətində DD1 elementi bağlı, DD2 elementi isə açıqdır. C kondensatoru dolmuş vəziyyətdədir. UC1 girişinə verilən müsbət pqütblü impuls DD1 elementini açır, bu isə öz növbəsində DD2 elementini bağlayır. Multivibrator belə müvəqqəti dayanıqlı vəziyyətdə, kondensatorun DD2 elementinin açıla bilməsi üçün lazım olan hədd gərginliyinə qədər boşalması müddətində qalır. DD2 elementi açılan andan seləoxşar regenerativ proses nəticəsində DD2 elementi tam açılır, DD1 elementi isə bağlanır. Çıxışda impulsun (Uçıx2) davametmə müddəti
    ti= ln[(E+U/)/(E-Uot)]
    ifadəsi ilə təyin edilir. E gərginliyi DD2 elementinin ilkin vəziyyətdə açıq saxlamaq üçündür.

    Şəkil 5.21. Gözləmə rejimində işləyən multivibratorun sxemi


      1. İmpulsların formalaşdırılması və generasiya edilməsi


    İmpuls və rəqəmli radiotexniki qurğulara təsir edən impuls siqnalları adətən düzbucaqlı impulslar ardıcıllığından ibarət olur. Tələb olunan parametrlərə malik olan impuls siqnallarını iki üsulla əldə etmək olar.



    1. Formalaşdırma yolu ilə

    2. Generasiya yolu ilə

    İmpulsların formalaşdırılması ilkin siqnalın parametrlərini tələb olunan impulsun parametrlərinə uyğun dəyişdirilməsindən ibarətdir. İlkin siqnallar kimi sinusoidal rəqslər və parametrləri tələb olunan parametrlərdən fərqlənən impulslar ardıcıllığı istifadə oluna bilər.
    İmpulsların generasiya edilməsi qida gərginliyi enerjisinin tələb olunan impuls ardıcıllığının və ya tək-tək impulsların enerjisinə avtonom çevrilməsindən ibarətdir.

        1. Qısa impulsların formalaşdırılması. Qısa impulslar impuls generatorlarının, triggerlərin işəsalınması üçün istifadə olunur. Qısa impulsların alınmasının sadə üsulu diferensiallayıcı RC dövrəsindən istifadə olunmasıdır.

    Rəqəm qurğularında qısa impulsları siqnalın İMS – dən keçməsi zamanı yaranan gecikmə müddətlərindən istifadə etməklə formalaşdırmaq olar. Belə formalaşdırıcı tək sayda invertorlardan və bir «Və-yox» elementindən təşkil oluna bilər (şəkil 5.22.). «Və-yox» elementinin girişlərinə Ugir siqnalı və sonuncu invertorun çıxışındakı Ua gərginliyi verilir. Bu gərginlik invertorların gecikmə müddətlərinin cəmi qədər gecikmiş olur. Formalaşdırıcının çıxışında davametmə müddəti bu gecikməyə uyğun olan impuls formalaşdırılmış olur.

        1. İmpuls genişləndiricisi. İmpuls genişləndiriciləri impuls qeydedici qurğularda, rəqəm məlumatlarının ötürülməsi qurğularındakı qısa impulsların davametmə müddətlərini artırmaq üçün istifadə edilir. Bu məqsəd üçün inteqrallayıcı RC dövrələrindən istifadə edilə bilər. İmpuls genişləndiricisinin sxemlərindən biri şəkil 5.23-də verilmişdir.

    Şəkil 5.22. Məntiq elementləri əsasında qısa impuls formalaşdırıcısı (a) və onun zaman diaqramı

    Bu qurğu iki «Və-yox» elementi üzərində yığılmış RS triggerindən, RC dövrəsindən və üçüncü «Və-yox» elementindən təşkil edilmişdir. İlkin halda


    _
    triggerin çıxışları Q  0,Q  1 vəziyyətindədir. C kondensatoru R vasitəsilə
    üçüncü «Və-yox» elementinin çıxışındakı yüksək gərginlik hesabına dolmuş olur. Girişə verilən qısa müddətli impuls triggeri müvəqqəti dayanıqlı vəziyyətə

    çevirir (Г
    1,Г
    0 ) Bu zaman RC dövrəsinin girişindən yüksək potensial ani

    olaraq götürülür, kondensatordakı UC gərginliyi tədricən azalmağa başlayır. Bu gərginlik azalaraq «Və-yox» elementinin U0 bağlanma gərginliyinə çatdıqda,

    trigger yenidən ilkin vəziyyətə qayıdır. Çıxışda davametmə müddəti kondensatordakı gərginliyin U0 qiymətinə qədər azalma müddətinə bərabər olan impuls formalaşır.


    Şəkil 5.23. İmpuls genişləndiricisi




        1. Download 3,55 Mb.
    1   ...   75   76   77   78   79   80   81   82   ...   142




    Download 3,55 Mb.