|
FƏSİL 7. ELEKTRİK QİDA MƏNBƏLƏRİ
|
bet | 87/142 | Sana | 27.05.2024 | Hajmi | 3,55 Mb. | | #255298 |
Bog'liq Microsoft Word II -an FƏSİL 7. ELEKTRİK QİDA MƏNBƏLƏRİ
Elektron qurğularının və sistemlərinin yüksək texniki-iqtisadı göstəriciləri onların elektrik qida sistemlərinin parametrlərindən çox asılıdır.
Stasionar elektron qurğularının və avadanlıqların qidalandırılması üçün elektrik enerjisinin çevrilməsini təmin funksional qovşaqların toplusundan təşkil olunmuş ikinci elektrik qida sistemləri, portativ daşınan qurğuların qidalandırılması üçün isə adətən, batareyalar, qalvanik elementlər və akkumulyatorlar istifadə olunur.
Avtonom obyektlərin qidalandırılması zamanı dizel-elektrik aqreqatları və elektrokimyəvi sabit cərəyan qida mənbələri, həmçinin, müxtəlif növ enerjinin (istilik, günəş, külək və s.) elektrik enerjisinə çeviriciləri tətbiq olunur.
Mikroelektronikanın sürətli inkişafı az güclərdə işləyən qurğuların və aparaturanın mikrominiatürləşdirilməsinə imkan yaratmışdır. Nəticədə sərf edilən gücün, kütləsinin və ölçülərinin xeyli azalmasına baxmayaraq, hal- hazırda yarımkeçirici cihazlar əsasında qurulan ikinci elektrik qida mənbələri 400Hs-li şəbəkədən qidalanan aparaturanın 30-40%-ni, 50Hs-li şəbəkədən qidalanan aparaturanın isə 40-60%-ni təşkil edir.
Aparaturanın tələb etdiyi gücün azalması ilə yanaşı eyni zamanda qida gərginliklərinin səviyyələri də azaldılmışdır. Bu isə ikinci elektrik qida mənbələrinin f.i.ə. azalmasına, ölçülərinin və kütləsinin artmasına gətirib çıxarmışdır. Bu problemlərin həlli üçün bir neçə vatdan onlarla vatta qədər işçi gücə malik olan, xüsusi növü inteqral gərginlik stabilizatorları olan güc inteqral mikrosxemlərin yaradılmasına gətirib çıxarmışdır.
Vahid elektron cihaz şəklində olan belə mikrosxemlərin meydana gəlməsi onların birbaşa elektrik enerji istehlakçısının yanında yerləşdirməyə imkan verərək qida mənbələrinin qurulmasının yeni üsullarını işlənməsinə şərait yaratmışdır. Bir çox həm sənaye, həm də məişət avadanlıqlarında f.i.ə-ni artırmaq üçün gərginliyi impulslu tənzimləyən ikinci elektrik qida mənbələrindən geniş istifadə olunur.
Son illər işlənib hazırlanmış yeni tip güclü yüksəkvoltlu, yüksəktezlikli güc elektron cihazlarının: diodların, tranzistorların, tiristorların, mikrosxemlərin əsasında yüksək qənaətcilliyə malik qida mənbələri yaradılmışdır.
|
| |