|
Microsoft Word II -an imp.+
|
bet | 80/142 | Sana | 27.05.2024 | Hajmi | 3,55 Mb. | | #255298 |
Bog'liq Microsoft Word II -anZaman intervalı formalaşdırıcısı. Böyük olmayan zaman intervallarını müəyyən bir gərginliyi kondensatorda toplamaqla və bu gərginliyi lazım olan müddətdə hər hansı bir hədd qiymətinə qədər azaltmaqla almaq olar. Zaman intervalı formalaşdırıcısının bu prinsipə əsaslanan sxemi şəkil 5.24-də verilmişdir. Sxemin iş prinsipi aşağıdakı kimidir. İlkin vəziyyətdə «Yox2» elementinin çıxışındakı yüksək gərginlik triggerin ilkin vəziyyətini təmin edir.
«Yox1» elementinin çıxışında yaranmış yüksək gərginlik hesabına C kondensatoru VD diodu vasitəsi ilə bu gərginlikdən ani müddətdə dolur. Bu halda «Yox2» invertorunun çıxışında aşağı səviyyəli gərginlik yaranır və triggerin R girişindəki yüksək gərginlik götürülür.
Şəkil 5.24. Məntiq elementlərində impuls genişləndiricisi
Girişə işəsalma impulsu təsir etdikdə trigger vəziyyətini dəyişir. Onun düz çıxışında və o cümlədən, sxemin çıxışında impulsun ön cəbhəsi yaranır. «Yox1» invertoru aktiv rejimə keçir, yəni onun tranzistoru doyma rejiminə keçir. Kondensator R müqaviməti və «Yox1» elementi vasitəsi ilə tədricən boşalır. Boşalma prosesi, kondensatordakı gərginlik «Yox2» elementinin giriş siqnalının
U0 səviyyəsinə bərabər olana qədər davam edir. Kondensatordakı gərginliyin UJ=U0 qiymətində «Yox2» elementinin çıxışında «1» səviyyəli siqnal alınır ki, bu da triggeri ilkin vəziyyətə qaytarır və çıxış impulsunun arxa cəbhəsi formalaşır. Çıxış impulsunun davametmə müddəti kondensatorun boşalma müddəti ilə müəyyən edilir və
Tu = C(R1+rket)+2t3+i
ifadəsi ilə hesablanır. Burada rket- «Yox» elementlərinin çıxış tranzistorunun açıq kollektor - emitter keçidinin müqavimətidir; t3- «Yox» elementində siqnalın gecikmə müddətidir və bu sxem üçün 500 nsan təşkil edir; i- parazit tutumlar hesabına əmələ gələn gecikmə müddətidir və bu sxem üçün 4-5 mksan olur.
Blokinq – generatorlar. Adətən böyük dərinliyə malik olan qısamüddətli, düzbucaqlı, kifayət qədər güclü impulslar generasiya etmək üçün nəzərdə tutulmuş, transformator əlaqəli güclü müsbət əks-rabitəli bir kaskadlı tranzistor gücləndiricisi əsasında yaradılmış relaksasiya generatoru blokinq – generator (bloklayıcı generator) adlanır. Bəzən ədəbiyyatda blokinq- generatorlara transformator-tutum əlaqəli impuls avtogeneratorları da deyilir.
Bundan əlavə, blokinq-generatorlar sinxronlaşdırıcı generatorlar, müqayisəedici qurğular, məntiq elementləri və s. kimi də tətbiq olunur. Multivibratorlar kimi blokinq-generatorlar da avtorəqs, gözləmə və sinxronlaşma rejimlərində işləyə bilər.
Şəkil 5.25, a-da avtorəqs rejimində işləyən tranzistorlu blokinq- generatorun sadə sxemi və 5.25, b-də onun zaman diaqramları verilmişdir.
Şək. 5.25. avtorəqs rejimində işləyən tranzistorlu blokinq- generatorun sadə sxemi (a) və onun zaman diaqramları (b)
Blokinq-generatorda baş verən fiziki proseslər mürəkkəbdir və onların ətraflı tədqiqi kifayət qədər çətindir. Bu çətinlik hər şeydən əvvəl onunla əlaqədardır ki, blokinq-generatorda aktiv elementlər nisbətən böyük gərginlik və cərəyanlarda açar rejimində işləyir. Digər tərəfdən, sxemin tərkibində eyni zamanda kondensator və transformator kimi iki enerji toplayıcı element vardır.
Blokinq-generatorda baş verən prosesləri bir qədər ətraflı nəzərdən keçirək.
Sxem, şəkildə göstərildiyi kimi, e.h.q. mənbəyinə qoşulduqda, tranzistorun bazasına mənbəyin potensialına bərabər mənfi potensial düşdüyündən, tranzistor açılır və onda ik kollektor cərəyanı yaranır.
Bu cərəyan tranzistorun kollektoruna qoşulmuş transformatorun birinci dolağından keçərək onun ikinci dolağında və həmçinin tranzistorun bazasında Um=nu1 -ə bərabər əlavə mənfi potensial yaradır (burada n-transformatorun transformasiya əmsalıdır). Tranzistorun bazasına verilən bu əlavə mənfi potensial ib baza cərəyanının artmasına və nəticədə ik kollektor cərəyanının da artmasına səbəb olur.
Beləliklə, transformator vasitəsilə həyata keçirilən bu cür müsbət əksrabitə nəticəsində düzünə blokinq-proses adlanan selşəkilli proses yaranır. Bu prosesə sərf olunan çox kiçik zaman blokinq-generatorun çıxışında alınan impulsun ön cəbhəsinin formalaşmasına uyğun gəlir.
Blokinq-generatoru xarakterizə edən parametrlər sıçrayışla dəyişir. Şəkil 5.25, b-də tranzistorun kollektorunda, bazasında gərginlik və cərəyanların, eləcə də transformatorun birinci və ikinci dolaqlarında və C kondensatorunda gərginliklərin dəyişməsi diaqramları göstərilmişdir. Yuxarıda deyilən blokinq- prosesə uyğun olan sıçrayış qrafiklərdə ab hissəsi ilə göstərilmişdir. ik > βib şərti ödənildikdə tranzistor doyma rejiminə keçir, baza özünün idarəetmə rolunu itirir, müsbət əks rabitə kəsilir və impulsun formalaşması mərhələsi başa çatır.
Sıçrayışın sonunda sistemdə gərginliyin və cərəyanın qiymətlərini sıçrayış müddəti ərzində kondensator və transformatorda toplanan enerjinin sabit qalması şərtindən təyin etmık olar:
W 1 CU 2,
C 2 C
W 1 Li 2 1 L i 2 Mi i .
L 2 1 1 2 2 2 1 2
Burada C-kondensatorun tutumu, UC-onun lövhələri arasındakı potensiallar fərqi, i1, i2 - uyğun olaraq transformatorun birinci və ikinci dolaqlarından keçən cərəyanlar, L1, L2 –bu dolaqların induktivlikləri, M-
qarşılıqlı induksiya əmsalıdır. Baxdığımız halda M
1 olduğundan
M= olar. Digər tərəfdən L1L2 =n2. Bunları nəzərə alsaq, W 1 L ( i ni ) 2 −
L 2 1 k b
alarıq. Beləliklə, ik və ib cərəyanları kəskin dəyişdikdə, transformatorda yığılan enerji dəyişməz qaldığından, ik-nib=im=const yazmaq olar; burada im – maqnitlənmə cərəyanıdır. Sıçrayış müddətində və ondan sonra keçən kiçik zamanda im=0 olduğundan, düzünə blokinq prosesi üçün
ik = nib
olur.
Qeyd: İmpuls formalaşdırıcı qurğuların qurulmasında istifadə olunan elektron cihazlarının, o cümlədən, tranzistorların, əməliyyat gücləndiricilərinin və mikrosxemlərin şərti qrafiki işarələnməsi əlavə 1-də və ən geniş tətbiq olunan cihazların əsas parametrləri, istismar şərtləri tətbiq sahələri əlavə 2-də, əlavə 3- də isə yarımkeçirici elektron cihazlar və onlar əsasındakı elektron qurğularının, o cümlədən, impuls qurğularının parametrlərinin və qoşulma sxemlərinin təhlilinə misallar verilmişdir.
|
| |