|
Microsoft Word II -an imp.+
|
bet | 73/142 | Sana | 27.05.2024 | Hajmi | 3,55 Mb. | | #255298 |
Bog'liq Microsoft Word II -an Multivibratorlar
Multivibrator relaksasiya avtogeneratoru olub düzbucaqlı impulslar hasil etmək üçün nəzərdə tutulmuş elektron qurğudur. Multivibratorlar da
triggerlər kimi müsbət əks əlaqəli gücləndiricilər və ya mənfi diferensial müqavimətli elektron cihazları (tunel diodu, tiristorlar və s.) əsasında qurulur. Dərin müsbət əks əlaqə ilə əhatə olunmuş iki rezistiv gücləndirici kaskaddan ibarət olan multivibratorlarda kaskadlardan birinin çıxışı digərinin girişi ilə kondensator vasitəsilə birləşdirilir.
Triggerlərdən fərqli olaraq multivibratorlar yalnız iki müvəqqəti dayanıqlı (kvazitarazlıq) və ya bir dayanıqlı tarazlıq halına malik olurlar. Miltivibratorlar üç rejimdə: avtorəqs, gözləmə və sinxronlaşma rejimlərində işləyə bilər.
Avtorəqs rejimində işləyən multivibratorun dayanıqlı tarazlıq halı yoxdur. O, iki kvazitarazlıq halına malikdir. Multivibrator bir kvazidayanıqlı haldan digərinə xarici təsir olmadan keçir. Bu vaxt multivibratorun çıxışında parametrləri sxemin tərkibindəki elementlərin parametrlərindən asılı olan
impulslar ardıcıllığı alınır. Ona görə də bu multivibratorları avto rəqs multivibratorları adlandırırlar.
Gözləmə rejimində işləyən multivibrator bir dayanıqlı tarazlıq və bir kvazitarazlıq hallarına malikdir. Birinci haldan ikinci hala keçid xarici impulsun təsiri ilə baş verir. Əksinə, ikinci haldan birinci hala keçid isə sxemin parametrləri ilə təyin olunan müəyyən zamandan sonra öz-özünə baş verir. Beləliklə, gözləmə rejimində multivibrator yalnız müəyyən parametrli bir impuls generasiya edə bilər və əsasən verilmiş davam etmə müddətinə malik olan düzbucaqlı impulslar formalaşdırmaq üçün nəzərdə tutulmuşdur. Buna görə də, bu rejimdə işləyən multivibratorları gözləyən multivibrator, bəzən isə təkvibrator adlandırırlar.
Sinxronlaşma rejimində multivibratorun çıxışında alınan impulsların təkrarlanma tezliyi xarici sinxronlaşdırıcı gərginliyin tezliyi ilə təyin olunur. Qurğu iki tarazlıq halına malik olur və onun bu hallarda qalma müddəti təkcə multivibratorun öz parametrlərindən yox, həmçinin sinxronlaşdırıcı siqnalın periodundan da asılı olur. Xarici sinxronlaşdırıcı siqnal olmadıqda isə multivibrator avtorəqs rejiminə keçir.
|
| |