Əməliyyat gücləndiriciləri əsasında tipik qurğuların sxemotexnikası
Hal-hazırda ƏG müxtəlif analoq və impuls elekton qurğularında geniş tətbiq edilir. Bu onunla bağlıdır ki, siqnalların düzünə və əksinə ötürmə dövrəsinə xətti və qeyri-xətti dövrələr daxil etməklə giriş siqnalının lazım olan çevrilmə alqoritmini həyata keçirə biləcək düyünlər sintez etmək olar.
ƏG istifadə etməklə qurula bilən tipik qurğulara baxaq. Bu zaman fərz edəcəyik ki, ƏG idealdır və onun elektrik parametrlərinə olan tələblər yerinə yetirilir. ƏG-nin real parametrlərinin işlənilən qurğunun xüsusiyyətinə təsirinin nəzərə alınması lazım olan hallara ayrıca baxılacaqdır.
Ayrı-ayrı qurğulara baxılan zaman aşağıdakı işarələrdən istifadə olunacaqdır:
Ugir.inv.- inversləsdirici girişdəki gərginlikdir,
Ugir.q/inv- qeyri-invers (inversləməyən) girişdəki gərginlikdir, Uçıx- çıxış gərginliyidir,
KU0 – sabit cərəyan halında güclənmə əmsalıdır.
Gərginlik təkrarlayıcısı. ƏG böyük giriş müqavimətinə malik olan və kiçik yük müqavimətinə qoşula bilən gərginlik təkrarlayıcısı kimi istifadə oluna bilər. Gərginlik təkrarlayıcısı giriş müqaviməti sonsuz böyük (açılıb, kənar olunub), əks əlaqə müqaviməti sıfır olan (qısa qapanıb) qeyri-invers gücləndiricidir (şəkil 3.6). Təkrarlayıcının çıxış müqaviməti kiçik olduğundan yük müqavimətinin dəyişməsinin çıxış siqnalına təsiri çox zəif olur.
Yüksək daxili müqavimətə malik siqnal mənbəyi ilə yük arasına qoşulmuş gərginlik təkrarlayıcısı bəzən bufer gücləndiricisi adlandırılır.
Əks rabitəsi olmayan ƏG çox böyük güclənmə əmsalına malik olduğundan diferensial giriş gərginliyi Ugir.d. çox kiçikdir və ona görə də “1” və “2” düyünlərinin potensialları eyni olur. Çıxış gərginliyi “1” düyünündəki gərginliyə bərabər olduğundan və “2” düyünündəki gərginliyin Ugir.d olduğunu və düyünlər arasındakı potensialların eyni olduqlarını nəzərə alsaq,
Uçıx = Ugir.d
yazmaq olar. Göründüyü kimi, giriş gərginliyi həm qiymətcə, həm də formaca çıxışda təkrarlanır.
Şəkil 3.6. ƏG-nin gərginlik təkrarlayıcısı kimi qoşulması
Bu qurğu ötürmə əmsalı
e.r 1
olan çıxış gərginliyinə görə ardıcıl mənfi
əks rabitə dövrəsi ilə əhatə olunur, yəni qurğu 100% mənfi əks rabitəyə malik olur. Belə qurğunun xüsusiyyəti emitter və ya istok (mənbə) təkrarlayıcılarının xüsusiyyətlərinə oxşar olur və aşağıdakı şərtlər yerinə yetirilir:
Ugir.q/inv =uçıx ;
Rgir. mən.ər=Rgir0(1+KU0) ; Rçıx.mən.ər=Rçıx0/(1+KU0)
Doğrudan da, gücləndiricinin girişləri arasına verilən gərginlik çıxışa KU0 güclənmə əmsalı ilə ötürülür, yəni istənilən çıxış gərginliyində
ugir ugir.q/inv ugir.inv uçıı / KU0
KU 0
olduqda
u gir 0
və ugir.q/inv = uçıx olur.
İstənilən giriş gərginliyi
ugir. inv ugir. q/ inv uçıı ugir. q/ inv
fərqini yaradır. Bu fərq gücləndiricinin çıxışına ötürülür və onun çıxış gərginliyini elə dəyişdirir ki, fərqlənmə kompensasiya olunsun və yuxarıda verilən şərtlər ödənilsin.
Əməliyyat gücləndirici giriş müqavimətini sonsuzluğa, çıxış müqavimətini isə sıfıra yaxınlaşdırmağa çalışdığını nəzərə alsaq, bu qurğunun emitter və istok təkrarlayıcıları kimi bufer və va razılaşdırıcı element funksiyasını yerinə yetirmiş olduğu aydın olar.
|