Əməliyyat gücləndiricilərinin əsas parametrləri və xüsusiyyətləri
Əməliyyat gücləndiricilərinin əsas parametrlərinə güclənmə əmsalı, giriş və çıxış sürüşmə gərginlikləri, giriş cərəyanı, giriş cərəyanlarının fərqi, giriş və çıxış müqavimətləri, buraxma zolağı, sinfaz siqnalın zəiflədilməsi əmsalı, işə düşmə müddəti, çıxış gərginliyinin maksimum dəyişmə sürəti və s. aid edilir.
Gərginliyə görə güclənmə əmsalı K diferensial güclənmə əmsalı adlanır və mənfi əks rabitə olmadığı halda sonsuzluğa yaxınlaşır. Real gücləndiricilərdə güclənmə əmsalı 5000 … 100000 arasında dəyişir. Əks rabitə dövrəsi qoşulduqda güclənmə əmsalı kəskin azalır.
və ya
K Uçıı /( U1 U 2 ) Uçıı / U gir .d
,
KU Uçıı / U gir ,
burada «-» işarəsi göstərir ki, giriş və çıxış gərginlikləri əks fazadadırlar. Diferensial giriş gərginliyi Ugir.d. əslində o qədər kiçikdir ki, invers və qeyri- invers girişlər arasındakı potensiallar fərqini sıfıra bərabər götürmək olar.
Giriş sürüşmə gərginliyi
Ugir. s
giriş diferensial gücləndiricinin
tranzistorlarının emitter keçid gərginliklərinin eyni qiymətli olmaması ilə əlaqədar yaranan gərginlikdir. Bu gərginlik qiymətcə eiə olmalıdır ki, o, girişə təsir etdikdə çıxış gərginliyi sıfra bərabər olsun. Bəzən bu gərginlik «sıfırı sürüşdürən» gərginlik adlanır. Bu gərginliyin tipik qiyməti 1 … 10 millivoltlarla ölçülür.
Çıxış sürüşmə gərginliyi Uçıx.sür giriş diferensial gərginlik
U
0
gir . d
olduqda çıxışın yerə və ya sxemin ümumi nöqtəsinə nəzərən olan gərginliyidir.
İdeal halda Uçıx.sür = 0 olur. Real sxemlərdə qeyri simmetriklik və balansın
pozulması üzündən çıxışda, Ugir.d
= 0 halında belə, bir qədər gərginlik alınır.
Giriş cərəyanı
I
gir
girişlərdən axan sürüşmə cərəyanıdır və giriş
kaskadın tranzistorlarının sabit cərəyana görə tələb olunan iş rejimlərini təmin etmək üçündür. Bu cərəyanın tipik qiymətləri bir neçə mikroamperlə yüzlərlə nanoamper arasında olur.
gir
Giriş cərəyanlarının fərqi I
giriş kaskadın tranzistorlarının ötürmə
əmsallarının eyni olmaması üzündən yaranır və qiymətcə giriş cərəyanlarının
qiymətləri bir neçə mikroamperlə nanoamperin onda biri arasında olur.
Giriş müqaviməti
R diferensial giriş
R
gir . dif
və sinfaz giriş
R
gir sin.
gir
müqavimətlərinə ayrılır. Diferensial giriş müqaviməti ƏG-nin 1 və 2 girişlərinə
nəzərən olan müqavimətidir və ideal halda
R
gir
olur. Bu müqavimətin real
qiyməti 5 kOm ilə 20 MOm arasında dəyişir. Mənfi əks rabitə olduğu halda
R
gir
kəskin artır. Sinfaz giriş müqaviməti birləşmiş girişlərlə sıfır şini arasındakı müqavimətdir.
Diferensial giriş siqnalı təsir etdikdə ƏG, özünü yükə nəzərən gərginlik
generatoru kimi aparır. Odur ki, yüksüz iş rejimində ƏG
KU
gir . d
gərginliyi hasil
edən siqnal mənbəyi kimi təsvir oluna bilər. Məhz belə generatorun daxili müqaviməti ƏG-nin çıxış müqavimətinə bərabər olur və ideal halda Rçıx =0
olur. Real gücləndiricilərdə Rçıx bir neçə Om ilə bir neçə yüz Om arasında olur. Mənfi əks rabitə olan halda Rçıx kəskin azalır və sıfıra yaxınlaşır.
Buraxma zolağı elə tezlik diapazonuna deyilir ki, bu diapazonda giriş gərginliyinin amplitudunun dəyişməz qiymətində çıxış gərginliyi özünün maksimum qiymətinin 0,707 səviyyəsinə qədər azalmış olsun. İdeal gücləndiricinin buraxma zolağı sonsuz böyük olur. Real gücləndiricilərdə isə buraxma zolağı 1Mhs və daha az olur. Yaxşı güclənmə halında buraxma zolağı bir neçə kHs olur.
Sinfaz siqnalın zəiflədilməsi əmsalı
K
z . sf
giriş siqnalının sinfaz
toplananının zəifləməsi dərəcəsini göstərir. Bu əmsalın tipik qiymətləri 50 … 70 dB olur.
İşə düşmə müddəti girişdə gərginliyin dəyişməsi anından çıxış gərginliyinin dəyişməsi anına qədər olan müddətə bərabər olur.
ƏG bu parametrlərdən başqa qida gərginliyi, çıxış siqnalı, işçi temperatur, səpələnmə gücü, giriş sinfaz gərginliyi, giriş diferensial gərginliyi kimi istismar parametrləri ilə də xarakterizə olunur.
ƏG qidalanan mənbəyə olan tələbatlar aşağıdakından ibarətdir. Bir çox hallarda çıxış gərginliyi həm müsbət, həm də mənfi istiqamətdə dəyişir. Ona görə də, bu dəyişmələri minimuma endirmək üçün ƏG adətən, iki polyarlı
(qütblü) gərginlik mənbəyindən ( U q , U q
) qidalanır. Bu mənbələrin orta
nöqtəsi giriş və çıxışa nəzərən ümumi olur. Ümumi nöqtəsi olan qida mənbəyindən istifadə olunması həm giriş, həm də çıxış gərginliklərinin səviyyələri ilə yanaşı, qütblülüyünün də dəyişilməsi imkanını yaradır. Belə mənbələrin gərginlikləri yaxşı süzülməlidirlər və stabilləşmiş olmalıdırlar. Əks halda, onların dəyişməsi ilə çıxış gərginliyi dəyişmiş olur. Odur ki, ƏG üçün, bir qayda olaraq, stabilləşdirilmiş qida mənbəyindən istifadə edilir. Real
gücləndiricilərdə qida gərginliyi ( 3 … 18 ) V diapazonunda dəyişir.
|