• Işığın difraksiyası. Hüygens-Frenel prinsipi.
  • Mühazirəçi: f r. e n., dosent Q. Ü. Ağayev Ədəbiyyat: Ağayev Q.Ü., Cəfərov M. B. Fizika kursu. Bakı, 2016




    Download 11,54 Mb.
    bet74/91
    Sana30.12.2019
    Hajmi11,54 Mb.
    #6524
    TuriMühazirə
    1   ...   70   71   72   73   74   75   76   77   ...   91

    Mövzu № 25

    Işığın difraksiyası və polyarlaşması

    1. Işığın difraksiyası. Hüygens-Frenel prinsipi.

    2. Bir yarıqdan işığın difraksiyası.

    3. Difraksiya qəfəsi.

    4. İşığın polyarlaşması. Malyus qanunu.

    5. İşığın polyarlaşdırma üsulları. Maddənin optik anizotropiyası.

    Işığın difraksiyası. Hüygens-Frenel prinsipi.

    Işıq mənbəyi qarşısında bir yarıq qoysaq, ekran üzərində bu yarığın işıqlı əksi alınır. Işıq düzxətli yayıldığından qaranlıqla işığın sərhəddini həndəsi yolla tapmaq olar. Lakin yarığın enini kiçiltdikdə (-dək) işıqla qaranlığın ekranda olan sərhəddi yayılır və ekranda bir birini əvəz edən işıqlı və qaranlıq halqalar alınır və onlar hətta həndəsi qaranlıq yerinə də keçirlər. Bu hadisəyə, yəni bircins mühitdə işığın düz xətt üzrə yayılmasından kənara çıxmasına difraksiya deyilir.

    Difraksiya hadisəsi işığın dalğa təbiətli olmasını təsdiq edən hadisələrdən biridir.



    Hüygens-Frenel prinsipinə görə dalğa səthi üzərində olan hər bir nöqtə yeni dalğa mənbəyinə çevrilib ətrafa elementar sferik dalğalar buraxır və yeni əmələ gəlmiş dalğanın səthi həmin elementar toxunanı olur. Bu ikinci elementar dalğalar koherentdirlər.

    Tutaq ki, S işıq mənbəyindən işıq (AB) ekranda olan dairəvi yarıqdan keçərək DC ekranına düşür. Hüygens-Frenel prinsipinə görə yarığın hər bir nöqtəsi yeni dalğa mənbəyi olaraq özündən elementar dalğalar buraxır. Bu dalğalar koherent olduğundan interferensiya edəcəkdir.

    Yarıqdan keçən dalğa səthini müəyyən hissələrə Frenel zolaqlarına bölək. Frenel zolaqlarının sərhədi M nöqtəsindən və.s. məsafələrdədirlər.

    Qonşu zolaqların uyğun nöqtələrindən M nöqtəsinə ikinci elementar dalğalar yollar fərqi ilə gəlirlər və interferensiya edərək bir birini söndürürlər. Ona gərə M nöqtəsindəki işıqlanma, qonşu zolaqların yaratdığı sıfra bərabərdir.

    DD yarığında cüt sayda zonalar yerləşərsə M nöqtəsində interferensiya minimumu, tək sayda zonalar yerləşərsə M nöqtəsində interferensiya maksimumu alınar.

    M nöqtəsi ətrafında işıqlı və qaranlıq dalğalar yaranır.

    Təbii şəraitdə difraksiya hadisəsinə yağışdan sonra havada olan su damcılarında (göy qurşağı), şaxtalı havada kiçik buz dənələri olduqda rast gəlmək olur.



    Download 11,54 Mb.
    1   ...   70   71   72   73   74   75   76   77   ...   91




    Download 11,54 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mühazirəçi: f r. e n., dosent Q. Ü. Ağayev Ədəbiyyat: Ağayev Q.Ü., Cəfərov M. B. Fizika kursu. Bakı, 2016

    Download 11,54 Mb.