7
zədələnmənin baş verməsi əsas etibarı ilə onlarda istifadə
olunan materialların keyfiyyətindən asılıdır. Buna görə də
istismar prosesində yaradılan və həyata keçirilən bütün texniki
və təşkilatı tədbirlər, başqa sözlə mühəndis fəaliyyəti məhz
elektrotexniki materialların yararlı vəziyyətdə saxlanmasına və
işləməsinə istiqamətlənir. Bütün yuxarıda göstərilənlərin uğurla
həyata keçirilməsi işində əsas etibarı ilə elektrik qurğularında
ən zərif və məsuliyyətli element olan izolyasiya materiallarının
xarakteristikalarına müntəzəm olaraq nəzarət edilməsi ən vacib
və əsas istismar əməliyyatlarından hesab olunur. Mühazirə
dərslərindəki müəyyən nəzəri biliklərin zənginləşdirilməsi
üçün fənnin işçi və tədris proqramlarına uyğun olaraq məşğələ
dərslərində bəzi məsələlərin öyrənilməsinin mühüm əhəmiyyəti
vardır.
Fənnin məqsədi tələbələrə, magistrantlara, tədqiqatçılar
və gəmilərdə çalışan mütəxəssislərə elektrik avadanlığının
istehsalı, quraşdırılması, təmiri və istismarında istifadə olunan
elektrotexniki
materialların
əsas
xüsusiyyətlərini
öyrətməkdir.
Fənnin tədqiqat obyekti kimi elektrik avadanlığının
istehsalı, quraşdırılması, təmiri və istismarında istifadə olunan
müxtəlif izolyasiya, keçirici, yarımkeçirici, maqnit materiallar
və nanomateriallar nəzərdə tutulur.