See discussions, stats, and author profiles for this publication at




Download 4,11 Mb.
Pdf ko'rish
bet5/100
Sana03.06.2024
Hajmi4,11 Mb.
#259676
1   2   3   4   5   6   7   8   9   ...   100
Bog'liq
Elektrotexnikimateriallar-drsvsaiti20201

 
 
 
 
 
 
 
 
 
 
 



I. ELEKTROTEXNİKİ MATERİALLAR 
 
1.1.
 
Elektrotexnikanın inkişafında materialların rolu 
Elektroenergetikanın inkişafı ilə eyni zamanda, 
elektrotexnikanın bu və ya digər məsələlərinin həlli üçün 
lazım olan yeni elektrotexniki materialların işlənilməsi və 
fasiləsiz olaraq təkmilləşdirilməsi baş vermişdir. 
1802-ci ildə akademik V.V. Petrov tərəfindən yığılmış 
böyük batareyanın hazırlanmasını nisbətən güclü elektrik 
enerji 
mənbəyinin 
yaradılması 
üçün 
elektrotexniki 
materialların ilk təcrübi istifadəsi hesab etmək olar. Bu 
batareyada elektrik hərəkət qüvvəsi müxtəlif metallardan 
hazırlanmış lövhələr arasındakı kontakt potensiallar fərqi 
hesabına yaradılmışdır. Akademik V.V. Petrov, elektrolitdə 
hopdurulmuş kağız ara qatı qoyulan mis və sink lövhələrdən 
istifadə olunmuş bu batareyanın köməyilə dünyada ilk dəfə 
olaraq, elektrik qövsü almışdır. Alimlərdən P.A. Şillinq 
elektromaqnit teleqrafın, ixtiraçı A.N. Lodiqin közərmə 
lampasının və P.N. Yabloçkov elektrik şamının kəşfində 
müxtəlif elektrotexniki materiallardan istifadə etmişlər. 
Elektrotexnikanın 
və 
elektrotexnika 
sənayesinin 
yüksəlişi keyfiyyətli elektrotexniki materiallar sənayesinin 
kəskin inkişafı problemini vacib məsələlərdən biri kimi 
sonrakı 
dövrlərdə 
daimi 
irəli 
sürmüşdür. 
Elektrik 
avadanlığının istehsalında, xüsusilə yeni yaradılan materiallar, 
bir çox mühəndis məsələlərinin həllində əsas qovşaqlardan biri 
hesab edilir. Burada əsas rol elektrotexniki materiallara 
məxsusdur.Elektrik avadanlığının konstruktiv detal və 
hissələrinin hazırlanmasında konstruksiya materialları istifadə 



edilir. Müasir elektrik avadanlığı çoxlu sayda müxtəlif 
detallardan ibarət olan mürəkkəb qurğudur və bu detalların 
hazırlanmasında müxtəlif materialların geniş qarışıqlardan 
istifadə olunur. Bu materiallar müəyyən elektrotexniki, 
mexaniki, kimyəvi xüsusiyyətlərə malik olurlar və bu 
xüsusiyyətlər onların kimyəvi tərkibindən, quruluşundan, həm 
də xarici energetik təsirlərin, məsələn elektrik sahəsinin 
gərginliyi və tezliyi, temperatur və s. intensivliyindən asılıdır.
Elektrik avadanlığını layihələndirmək, istehsal etmək, 
habelə onu istismar etmək üçün, elektrotexniki və konstruktiv 
materialların əsas xassələri haqqında biliklərə malik olmaq, 
elektrotexniki material elektrik və maqnit sahələrində 
yerləşdirilərkən orada baş verən fiziki prosesləri dərk etmək, 
materialın kimyəvi tərkibinin və quruluşunun bu proseslərlə 
əlaqəsini bilmək lazımdır. Ona görə də materialşünaslıq 
elminin əsas məsələlərinə aşağıdakılar daxildir: 
1.
Elektrik, maqnit və ya istilik sahəsi, mexaniki gərginlik 
materiallara təsir etdikdə, onlarda baş verən əsas fiziki 
prosesləri öyrənmək; 
2.
Materialların elektrik, mexaniki və digər xassələrinin 
onların kimyəvi tərkibi və quruluşundan asılılığını 
öyrənmək; 
3.
Elektrik avadanlığının istehsalı, təmiri və istismarında ən 
geniş tətbiq olunan materiallarla tanış olmaq, onların 
xassələrini öyrənmək. 
Elektrik avadanlığı üçün material seçəndə təkcə onların 
elektrofiziki xarakteristikaları deyil, həm də fiziki-mexaniki və 
kimyəvi xüsusiyyətləri, mexaniki möhkəmlik, bərklik, 
qızmaya davamlılıq, hidroskopiklik və s. də nəzərə alınmalıdır. 


10 
Göstərilən 
xarakteristikalarla 
yanaşı materialların 
seçilməsində iqtisadi məsələlər də böyük əhəmiyyət kəsb edir. 
Xassələri bütün istismar-texniki tələbləri ödəyən yüksək 
keyfiyyətli elektrotexniki və konstruktiv material seçilməsi ilə 
yanaşı, materialın digər ölkədə istehsal olunması ucuz, nadir 
tapılan olması, hazırlanması ucuz başa gəlməsi olmaqla 
texnoloji prosesin mürəkkəb olmaması da əsas şərtlərdəndir. 

Download 4,11 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   100




Download 4,11 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



See discussions, stats, and author profiles for this publication at

Download 4,11 Mb.
Pdf ko'rish