5
ÖN SÖZ
Azərbaycan xalqının ümummilli lideri, ulu öndər H.Ə.
Əliyev müstəqil Azərbaycanda təhsilin, xüsusən də texniki ali
təhsilin və elmi kadrların səviyyəsinin yüksəldilməsinə
çalışmışdır. Hazırda onun layiqli davamçısı, möhtərəm
prezidentimiz İ.H. Əliyev də bu sahəyə xüsusi diqqət
ayırmaqdadır. Buna görə, müasir səviyyəli biliklərə nail olmanı
əks etdirən və müxtəlif sahələr üçün yüksək ixtisaslı mühəndis
kadrlar hazırlamağa imkan verən ali təhsil müəssisələrinin
tələbələri üçün ana dilimizdə dərs vəsaitlərin yaradılması vacib
əhəmiyyət kəsb edir.
Azərbaycan dilində “Elektrotexniki materiallar” fənninə
aid müasir dərs vəsaitlərinin az sayda olması “Elektrik
mühəndisliyi” ixtisası üzrə Azərbaycan bölmələrində təhsil
alan tələbələr üçün müəyyən qədər çətinliklər yaradır.
Tələbələrin istifadəsinə təqdim olunan “Elektrotexniki
materiallar” adlı dərs vəsaiti həmin problemi həll etmək
məqsədini daşıyır.
Müəlliflər hesab edir ki, dərs vəsaiti Azərbaycan Dövlət
Dəniz Akademiyasında “Elektrik mühəndisliyi” ixtisası üzrə
bakalavr səviyyəsində təhsil alan tələbələr, gəmilərdə çalışan
elektromexaniklər üçün də faydalı olacaqdır.
Dərs vəsaitində bir sıra şəkillərin və düsturların digər
uyğun dərsliklərin materialları ilə üst-üstə düşməsi
onunla
bağlıdır ki, cihaz və qurğuların dəyişməz
olan fiziki
mahiyyətinin təsvirinin bir çox ədəbiyyatda, o cümlədən, bu
dərs vəsaitində də eyni şəkildə verilməsi qaçılmazdır.
“Elektrotexniki materiallar” adlı dərs vəsaiti gəmiçilik
sahəsində ilk dəfə hazırlandığına görə, müəlliflər akademiyanın
müəllim, tələbə və eləcə də, təcrübəli gəmi mütəxəssislərinin
bu
dərs
vəsaitinin
məzmunu
və
strukturunun
yaxşılaşdırılmasına
yönəldilmiş
irad
və
təkliflərini
məmuniyyətlə qəbul edir və əvvəlcədən öz təşəkkürlərini
bildirirlər.