12
Şəkildən göründüyü kimi dielektriklərdə qadağan zonası
(2) o qədər böyük olmalıdır ki, adi şəraitdə
elektron elektrik
keçiriciliyi müşahidə olunmasın. Yarımkeçiricilərdə qadağan
zonası olduqca qısa olduğundan elektronlar bu zonanı xarici
energetik təsirlərin hesabına keçə bilirlər. Keçiricilərdə isə
elektronla dolu zona (1) sərbəst energetik zonaya (3) söykənir
və bəzən də oranı örtür.
Beləliklə, energetik diaqram elektrotexniki materialların
keçiriciliklərinə görə təsnifatları haqqında daha əyani təsəvvür
yaradır.
Təyinatlarına görə
bütün
elektrotexniki materiallar
dörd qrupa bölünürlər. Bunlara əvvəldən izahatı verilən
naqillər, izolyasiya materialları və yarımkeçiricilər, əlavə
olaraq isə maqnit materialları aiddir.
Elektrotexnikada və elektron texnikasında istifadə edilən
maqnit materialları “yumşaq” və “bərk” maqnit materialları
olmaqla iki qrupa bölünür. “Bərk” maqnit materialları
“yumşaq” maqnit materiallarından koersitiv qüvvənin (H
k
)
böyük olması ilə fərqlənir və eyni zamanda, bunlarda
histerezis ilgəyinin sahəsi də xeyli böyükdür.
1.3. Cisimlərin quruluşu və əlaqə növləri haqqında ümumi
məlumatlar
Məlumdur ki, bütün cisimlərin, həmçinin elektrotexniki
materialların təşkil olunduqları əsas elementar hissəciklər
proton, neytron və elektrondan təşkil olunmuşdur.
Fizika fənnindən öyrəndiyimiz kimi, atom nüvəsi proton
və neytron adlanan zərrəciklərdən ibarət əlaqəli sistemdir.
Proton və neytron kütlələri təqribən bir-birinə bərabər
zərrəciklərdir.
Elektronun kütləsi daha kiçikdir. Proton və
13
elektronların mühüm xassəsi onların elektrik yüklərinə
malik
olmalarıdır. Proton və elektronun elektrik yükləri qiymətcə
bərabər, işarəcə əksdir. Belə ki, proton müsbət, elektron
mənfi elektrik yükünə malikdir.
Şəkil 1.2.
Cismin sadə quruluşu
Şəkil 1.2–dən də göründüyü kimi, atomun nüvəsini
proton və neytron təşkil edir, elektronlar isə nüvənin müsbət
yükünü kompensasiya etməklə onun örtüyünü doldurur.
D.İ.
Mendeleyev
cədvəlindən
atom
nüvəsinin
quruluşunu, onun örtüyünun elektronla doldurma periodunu
təyin etmək mümkündür. Atomların xarici elektron qabığının
quruluşundan asılı olaraq müxtəlif əlaqə növləri yarana bilər
və bunlara kovalent, ion, metallik, molekulyar əlaqələr aiddir.
Kovalent əlaqə
ümumi elektron cütü hesabına yaranır
və bu cütlüyün elektronları hesabına hər bir atom öz
valent
səviyyəsini tamamlayır, bununla da, öz enerjisini azaldır. Bu
cütün yerləşdiyi yerdə mənfi yükün ikiqat olması hesabına
nüvələrdən hər birinin arasında və bu oblasda cazibə güclənir.
Beləliklə, atomlar əlaqələnmiş və birlikdə olur.