17
Yarımkeçiricilər
-
düzləndirici, gücləndirici cihaz və
qurğuların
əsas
konstruktiv
elementlərdən
biridir.
Yarımkeçiricilərə,
xüsusi elektrik keçiriciliyinin qiymətinə
görə keçiricilərlə dielektriklər arasında orta vəziyyətdə olan
materiallar
aiddir.
Xassələrinin
özünəməxsusluğu
bu
materiallardan elekrtrotexnikada, yüksək tezlik diapozonunda
rabitə texnikasında, radioelektronikada, mikroelektronikada,
hesablama texnikasında geniş istifadə etməyə imkan verir.
Yarımkeçirici materiallar
xüsusi keçiricilik üzrə dielektriklər
və keçiricilər arasında aralıq vəziyyət tuturlar. Yarımkeçirici
materiallara aiddirlər: selen, germanium, sürmə (kremniy) və s.