21
tutumun xarici amillərdən asılılığını təyin edir. Kondensatorda
dielektriklər elektrik enerjisini yığıb və yenidən dövrəyə verə
bilər. Bəzi hallarda kondensatorlardan dəyişən və sabit cərəyan
dövrələrini ayırmaq, faza sürüşmə bucağını dəyişdirmək və s.
üçün istifadə olunur. Bəzi dielektrikdən həm
elektrik
izolyasiyası kimi, həm də kondensator materialı kimi istifadə
olunmasına baxmayaraq onların qarşısında qoyulan tələblər
müxtəlifdir.
Elektroizolyasiya
materiallarından
kiçik
dielektrik
nüfuzluğu və yüksək xüsusi müqavimətə malik olması tələb
edildiyi halda, kondensator dielektrikləri yüksək dielektrik
nüfuzluğuna və kiçik tg
- ya malik olmalıdır. Kondensatorun
tutumu və onda
yük yığılması müxtəlif polyarlaşma
mexanizmlərinin təsirlərinin cəmi ilə təyin olunur. Müxtəlif növ
polyarlaşmalar müxtəlif dielektriklərdə və
ya eyni vaxtda bir
dielektrikdə
müşahidə
olunur.
Müxtəlif
polyarlaşma
mexanizmlərinə malik olan dielektrikin
ekvivalent sxemi U
gərginlik mənbəyinə paralel qoşulmuş tutumlardan ibarətdir
(şəkil 2.2.).
22
Burada: E - elektron, i - ion, DR - dipol relaksasiya, İR - ion
relaksasiya,
ER - elektron relaksasiya, M - miqrasiya, REZ -
rezonans, SP - spontal, R
iz
- dielektrikdən kecən sızma
cərəyanına göstərilən müqavimətdir, Z - bu polyarlaşma
mexanizmlərində enerji itkisinə ekvivalent müqavimətdir.
2.2. Dielektriklərin polyarlaşması
Dielektriklərin əsas xassəsi xarici elektrik sahəsinin
təsirindən onların polyarlaşma qabiliyətidir. Polyarlaşma
haqqında anlayış elmə ilk dəfə XIX əsrin 30-cu illərində
Faradey tərəfindən gətirilmişdir. Müasir anlayışa görə
polyarlaşma
hadisəsi
dielektriklərdə
elektrik
yüklü
Şəkil 2.2.
Müxtəlif mexanizmli polyarlaşmaya malik
mürəkkəb tərkibli dielektrik elektrik sahəsində (a) və
onun ekvivalent sxemi (b)
23
hissəciklərin vəziyyətinin fəzada dəyişməsi deməkdir.
Elektrik
səhəsinin təsiri ilə dielektrikin bağlı yüklərinin kiçik məsafədə
yerdəyişməsi və ya dipol molekulların sahə istiqamətində
oriyentasiya olunması polyarlaşma adlanır.
Polyarlaşma nəticəsində dielektrikin istənilən həcm
elementində elektrik momenti yaranır. Məlumdur ki, istənilən
maddənin, o cümlədən elektrik izolyasiya materiallarının
atomları və molekulları elementar
+
və – yüklü hissəciklərdən
ibarətdirlər. Adi şəraitdə, dielektriklər elektrik sahəsinin təsiri
altında olmadıqda (E=0, F=0) maddənin və ya dielektriklərin
hissəcikləri arasında müxtəlif əlaqələr olur.