25
Δd
E = 0 F = 0
E > 0 F > 0
ion
proton
elektron
Polyarlaşmanın iki əsas növü vardır.
Birinci növ polyarlaşma
elektrik sahəsinin təsiri altında,
praktiki olaraq ani, enerji itkisi olmadan, yəni istilik ayırmadan
baş verir.
İkinci növ polyarlaşma
tədricən baş verir və nəticədə
dielektrikdə enerji itkisi yaranır, yəni dielektrik qızır. Bu növ
polyarlaşma relaksasiya polyarlaşması və ya ləngiyən
polyarlaşma adlanır.
Birinci növ polyarlaşmaya elektron və ion, digər
mexanizmlər
isə
relaksasiya
polyarlaşmasına
aiddir.
Polyarlaşmasının xüsusi növü rezonans polyarlaşmasıdır, o
dielektriklərdə çox yüksək tezliklərdə müşahidə olunur.
Praktikada polyarlaşmanın növü çoxdur.
Biz onlardan
yalnız üç əsası ilə tanış olacağıq:
1. Elektron polyarlaşması;
2. İon polyarlaşması;
3. Dipol polyarlaşması.
Elektron polyarlaşması -
bu növ polyarlaşma
onunla
xarakterikdir ki, atomun xarici elektronları elektrik sahəsinin
Şəkil 2.5.
Dielektriklərə xarici elektrik sahəsinin təsirinin təsviri
26
təsirilə sahənin əks istiqamətinə doğru müəyyən qədər yerlərini
dəyişirlər. Elektron polyarlaşmanın təsviri şəkil 2.6-da verilir.
Fiziki vəziyyətlərindən və strukturlarından asılı
olmayaraq, elektron polyarlaşma bütün növ dielektriklərdə
müşahidə olunur. Elektron polyarlaşma ani olaraq saniyədə
başa çatır.
t =10
-13
...10
-15
san.