• Yetirdiyi funksiyaya görə dielektriklər aktiv və passiv dielektriklərə bölünür. Aktiv dielektriklərdə
  • Passiv dielektriklər
  • See discussions, stats, and author profiles for this publication at




    Download 4,11 Mb.
    Pdf ko'rish
    bet11/100
    Sana03.06.2024
    Hajmi4,11 Mb.
    #259676
    1   ...   7   8   9   10   11   12   13   14   ...   100
    Bog'liq
    Elektrotexnikimateriallar-drsvsaiti20201

     
     
    II. ELEKTRİK İZOLYASİYA MATERİALLARI 
     
    2.1. Dielektriklər haqqında ümumi məlumat 
     
    Elektrik maşınları, aparat və cihazları hazırlamaq, 
    elektrik qurğularını quraşdırmaq və elektrik xətlərini montaj 
    etmək üçün müxtəlif materiallardan istifadə olunur. Bu 
    materialların bir hissəsi elektrotexniki materiallar adlanır. 
    İstənilən texniki sahənin müvəffəqiyyətli inkişafının vacib şərti 
    yaxşı materialların olmasıdır. Odur ki, nüvə, kosmik və digər 
    texniki sahələr ilə yanaşı elektrotexnikada istifadə olunan 
    materialların keyfiyyətinə ən yüksək tələblər qoyulur.
    Əsas elektrik xüsusiyyəti elektrik sahəsində polyarlaşma 
    qabiliyyəti olan maddələr 
    dielektriklər 
    adlanır. Dielektriklərin 
    digər materiallardan fərqli xüsusiyyəti onların xüsusi 
    keçiriciliyinin qiymətinin çox kiçik olmasıdır. Dielektriklərdə 
    qadağan zonası o qədər böyükdür ki, adi şəraitdə elektron 
    elektrik keçiriciliyi müşahidə olunmur. 
    Dielektriklərdən cərəyan daşıyan hissələrin izolyasiyası 
    üçün elementlər hazırlayırlar.
    Yetirdiyi funksiyaya görə dielektriklər
    aktiv və passiv 
    dielektriklərə bölünür.
    Aktiv dielektriklərdə
    (seqnoto-elektriklər, pyezoelek-
    triklər) elektrik xassələri, elektrotexniki qurğuların və 
    cihazların 
    xarakteristikalarını 
    dəyişə 
    biləcək 
    idarə 
    siqnallarından asılıdır. 


    20 
    Aktiv
    dielektrik materiallara seqnoto-elektriklər, pyezo-
    elektriklər və prioelektriklər, elektretlər, kvant elektronikasının 
    materialları, eləcə də qeyri-xətti optik xassəyə malik olan 
    dielektrik kristallar aiddir.
    Passiv dielektriklər
    elektrik izolyasiya materiallarında 
    istifadə edilir. Passiv dielektrik materiallar qrupuna xətti 
    polimerlər,kompozisiyalı tozlu plastmaslar, laylı plastiklər, 
    elektroizolyasiya kompaundları, qeyri-üzvi şüşələr və saxsı 
    aiddir. 
    Tətbiq sahəsindən asılı olaraq passiv və aktiv dielek-
    triklərə qoyulan tələblər müxtəlifdir. Passiv dielektriklərdən 
    xarici təsirlər zamanı öz xassələrinin dəyişməməsi tələb 
    olunduğu halda aktiv dielektriklər üçün belə təsirlər zamanı 
    xassələrini kəskin dəyişməsi əsas şərtdir.

    Download 4,11 Mb.
    1   ...   7   8   9   10   11   12   13   14   ...   100




    Download 4,11 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    See discussions, stats, and author profiles for this publication at

    Download 4,11 Mb.
    Pdf ko'rish