15
Molekulyar əlaqə
(Vander-Vals əlaqəsi) dördüncü növ
əlaqədir. Belə əlaqə bir sıra cisimlərin molekulları arasında
mövcuddur.
Bu halda molekulyar cəzbetmə qonşu molekulların
valentlik
elektronlarının uyğunlaşdırılmış hərəkəti ilə
uzlaşdırılır.
Qarşılıqlı təsir edən iki molekulun sxemi şəkil 1.5-də
verilir. Zamanın hər bir anında elektronlar bir-birindən
maksimum uzaqlaşır və müsbət yüklərə maksimal yaxınlaşır.
Şəkil 1.5.
Qarşılıqlı təsir edən iki molekulun sxemi
Vander - Vals əlaqəsi bir sıra cisimlərin molekulları
arasında müşahidə olunur. Buna misal olaraq, kristal molekulyar
qəfəslərinin möhkəm olmaması səbəbindən parafinin aşağı
ərimə temperaturuna malik olmasını göstərmək olar.