33
olunmuş polyar qarışığın, məsələn, suyun olması ciddi təsir edir.
Ən geniş geniş yayılmış maye dielektriklərə neft yağları-
transformator, kongensator və kabel yağları, sintetik yağlar
sovol və sovtol, kremniyüzvü və ftorüzvü yağlar aiddir. Texniki
bitki yağlarına-gənəgərçək, kətan və tunqo yağı aiddir.
Bunlar
hazırda elektrik izolyasiya texnikasında məhdud tətbiq olunur.
Bərk dielektriklər
bərkiyənlər və bərklər
olmaqla iki
növə bölünürlər:
► bərkiyənlər - qətranlar, laklar, emallar və kompoundlar
aiddir.
► bərklər - lifli izolyasiya materialları, qatlı plastiklər, şüşə
və asbest, polimerlər, plastik kütlələr və kauçuk,
keramik
materiallar, slüda və onun əsasında olan materiallar.
Bərk dielektriklərdə elektrik keçiriciliyi həm maddənin öz
ionlarının, həm də tərkibindəki aşqar ionlarının hesabına baş
verə bilir. Strukturuna, tərkibinə, tətbiqinə, mənşəyinə və digər
əlamətlərinə görə bərk dielektriklər çox müxtəlifdir.
Dielektriklər
neytral atom və ya molekullardan təşkil
olunmuşdur. Dielektriklərin iki növü vardır: polyar və
qeyri-
polyar. Onlar molekulların quruluşuna görə bir-birindən
fərqlənirlər. Elektrik sahəsində dielektrikin bağlı yükləri əks
istiqamətlərdə
yerini
dəyişir;
dielektrik
polyarlaşır.
Polyarlaşmış dielektrik özü elektrik sahəsi yaradır. Bu sahə
dielektrikin daxilində xarici elektrik sahəsini zəiflədir.