• Elektron keçiriciliyi
  • Dielektriklərin elektrik keçiriciliyi




    Download 4,11 Mb.
    Pdf ko'rish
    bet18/100
    Sana03.06.2024
    Hajmi4,11 Mb.
    #259676
    1   ...   14   15   16   17   18   19   20   21   ...   100
    Bog'liq
    Elektrotexnikimateriallar-drsvsaiti20201

     
    2.4. Dielektriklərin elektrik keçiriciliyi 
     
    Dielektriklərin əsas elektrik xassələri
     
    onların elektrik 
    keçiriciliyi, dielektrik itkisi, elektrik möhkəmliyidir və bu 
    xassələr dielektrikin quruluşundan, kimyəvi tərkibindən 
    asılıdır. 


    34 
    Dielektriklərin elektrik keçiriciliyinin 2 növü var: 
    ►elektron 
    ►ion. 
    Elektron keçiriciliyi
     
    dielektriklərdə xarici elektrik 
    sahəsinin təsiri altında elektronların yerdəyişməsi ilə 
    əlaqədardır. Belə keçiricilik bir sıra metal oksidlərində, 
    metalların kükürdlə birləşmələrində müşahidə olunur. 
    Dielektriklərdəki elektron keçiriciliyi zamanı maddə dağılması 
    hadisəsi baş vermir

    İon keçiriciliyi
     
    dielektrikdə ionlarm hərəkəti ilə əlaqədar 
    olan keçiricilikdir. Bu tip keçiricilik bir sıra duzların 
    ərintilərində və məhlullarında, turşularda, qələvilərdə müşahidə 
    olunur. Dielektriklərdə ion keçiriciliyinin mexanizmi 
    molekulların 
    elektrik 
    dissosiasiyası 
    və 
    parçalanması 
    nəticəsində kation və anionların əmələ gəlməsi ilə bağlıdır. İon 
    keçiriciliyi zamanı maddənin təşkil olunduğu molekulların 
    parçalanaraq ionlara ayrılması (dissosasiyası), sonradan isə 
    onların elektrodlar üzərində toplanaraq yeni kimyəvi maddənin 
    əmələ gəlməsi (maddə dağılması hadisəsi) baş verir. 
    Şəkil 2.11.
     Dielektrikin işçi vəziyyətində
     
     


    35 
    İşci vəziyyətdə bütün dielektriklər elektrik sahəsinin 
    mühiti olurlar. Bu prosesi izah etmək üçün istənilən qurğunun 
    məsələn, elektrik maşını, transformator, elektrik aparatı, məftil, 
    kabel və s. cərəyan keçən, yəni işçi rejimdə olan hissəsinə 
    nəzər yetirək. Cərəyan göstərilən hissədən keçdikdə onun 
    ətrafında E>0 olan elektrik sahəsi yaranır. 

    Download 4,11 Mb.
    1   ...   14   15   16   17   18   19   20   21   ...   100




    Download 4,11 Mb.
    Pdf ko'rish