116
Ən geniş yayılmış yarımkeçirici materiallar dövri sis-
temin IV qrupuna aid olan germanium (Ge) və silisiumdur (Si).
Bunlardan əlavə, selen (Se), qallium arsenid (GaAs), qallium
fosfid (Gaf), silisium karbid (SiC) və başqalarından geniş isti-
fadə olunur. Fizika kursundan məlum olduğu kimi, keçirici ma-
teriallarda sərbəst elektronlar öz hərəkətləri ilə elektron keçiri-
ciliyi yaradır, yarımkeçiricilərdə isə biri-birinin əksinə
yönəlmiş iki keçiricilik növü mövcuddur. Bunlardan biri
sərbəst elektronların hərəkətinin yaratdığı elektron keciriciliyi,
digəri isə müsbət elektrik yüklərinin hərəkətindən yaranan
deşik keçiriciliyidir. Təmiz yarımkeçiricidə elektronların sayı
deşiklərin sayına bərabərdir, ancaq elektronların hərəkət sürəti
yüksək olduğu üçün yarımkeçiricilərin çoxu elektron keçiricili-
yinə malikdir. Yarımkeçirici cihazların işi, bir qayda olaraq,
aşqar keçiriciliyi hadisəsinə əsaslanır. Təmiz yarımkeçirici ma-
terialın tərkibinə azacıq da olsa, aşqar əlavə edildikdə onun
deşiklərinin sayı elektronlara nisbətən, və ya əksinə elektron-
ların sayı deşiklərə nisbətən kəskin arta bilər. Bu halda,
yarımkeçiricinin keçiriciliyi də böyük həddə artır. Məsələn,
germanium kristalına 10-5 % arsen əlavə edildikdə, onun
muqaviməti 200 dəfə azalır, keçiriciliyi isə artır. Deşik keçiri-
ciliyi çox olan yarımkeçiricilərə