125
Temperatur artdıqca yarımkeçiricinin keçiriciliyi artır,
metallarda isə əksinə olaraq azalır. Yarımkeçiricilər tərəfindən
udulan işıq enerjisi onlarda yükdaşıyıcılarının miqdarını xeyli
artırır. Buna görə də, işığın təsirindən yarımkeçiricilərin
elektrik keçiriciliyinin qiyməti böyüyür. Elektromaqnit
şüalanmasının təsirindən maddənin elektrik keçiriciliyinin
artması fotokeçiricilik adlanır. Fotokeçiriciliyin meydana
çıxmasına kifayət edən kvant enerjisində şüalanmanın
intensivliyi artdıqca keçiriciliyin qiyməti böyüyür. Belə ki,
şüalanmanın intensivliyi artdıqca keçiriciliyə təsir göstərən bir-
birinə əks iki proses baş verir, bir tərəfdən yükdaşıyıcıların
sayı artır, digər tərəfdən isə hər iki işarəli yükdaşıyıcıların
konsentrasiyası çoxaldıqca rekombinasiya hadisəsi güclənir.
Müsbət ionların bir hissəsi mənfi hissəciklərlə birləşərək
neytral molekullar əmələ gətirir. Bu proses