|
See discussions, stats, and author profiles for this publication atBog'liq Elektrotexnikimateriallar-drsvsaiti20201Paramaqnetiklərə
maqnit həssaslığı müsbət olan və bu
parametri xarici maqnit sahəsindən asılı olmayan maddələr
aiddir. Paramaqnetiklərdə atomlar, hətta xarici sahə olmadıqda
belə, elementlər maqnit momentinə malik olur, lakin istilik
hərəkəti
nəticəsində
bu
maqnit
momentləri
xaotik
paylandığından, onlarda maqnitlənmə sıfra bərabər olur. Xarici
maqnit sahəsi maqnit momentlərinin əsasən bir istiqamətdə
yönəlməsinə şərait yaradır, istilik enerjisi və maqnit
nizamlanmasına əks-təsir göstərir. Ona görə də paramaqnit
həssaslıq temperaturundan çox asılıdır. Müsbət maqnitləşməyə
malik olduğundan paramaqnetikləri qeyri-bircins maqnit
sahəsinə yaxınlaşdırdıqda ora cəzb olunurlar.
131
Ferromaqnetiklərə
qiymətcə böyük müsbət maqnit
həssaslığına malik olan və bu parametri maqnit sahə
gərginliyindən və temperaturdan çox asılı olan maddələr aiddir.
Onların daxilində atomların maqnit momentlərinin pararel
yönəldiyi
makroskopik
hissələr
mövcuddur.
Ferromaqnetiklərin əsas xüsusiyyəti onların nisbətən zəif
maqnit sahələrində doyma halına qədər maqnitlənməsidir.
Antiferromaqnetiklərdə
maqnit həssaslığı müsbətdir,
qiyməti çox kiçikdir (K
m
=10
-3
–10
-5
) və temperaturdan kəskin
asılıdır. Antiferromaqnetiklər qızdırıldıqda paramaqnit halında
faza keçidi baş verir. Antiferromaqnetizm xromda, kalium
permanqanatda, aztapılan elementlərdə (Ce, Nd, Sm, Tm və b.)
müşahidə olunur. Keçid qrupunun metalları əsasında alınmış
sadə kimyəvi birləşmələr tipik antiferromaqnetiklərdir.
Ferrimaqnetiklərə
maqnit xassələri kompensasiya
olunmamış,
antiferromaqnetizmlə xarakterizə olunan maddələr
aiddir. Ferromaqnetiklərdə olduğu kimi, onların da maqnit
nüfuzluğunun qiyməti böyükdür, maqnit sahə gərginliyindən
və temperaturdan nəzərə çarpacaq dərəcədə asılıdır.
|
| |