130
►
diamaqnetizm;
►
paramaqnetizm;
►
ferromaqnetizm;
►
antiferromaqnetizm;
►
ferrimaqnetizm.
Elektrotexnika və radiotexnikada maqnit materialları
kimi ferro və ferrimaqnitlərdən istifadə olunur.
Diamaqnetiklərə
maqnit həssaslığı mənfi olan və bu
parametri xarici maqnit sahəsindən asılı olmayan maddələr
aiddir: inert qazlar, hidrogen, azot, mayelərin çoxu (su, neft və
onun məhsulları), bəzi metallar (mis, gümüş, qızıl, sink, civə,
qallium və s.), yarımkeçiricilərin çoxu (silisium, germanium),
üzvi birləşmələrin əksəriyyəti, qələvi-halloid kristalları, qeyri-
üzvi şüşələr və s. Diamaqnetiklərin maqnit həssaslığının
temperaturdan asılılığı çox zəifdir. Onların xarakterik cəhəti
qeyri-bircinsli
maqnit sahəsindən kənara
itələnməsidir.
Məsələn: elektromaqnit qütblər arasında şam yandırsaq, onun
alovu sahədən kənarlaşacaq.