133
Maqnit
nüfuzluğu
(µ)
materialın
maqnitlənmə
xüsusiyyətini xarakterizə edir. Maqnit nüfuzluluğu verilən
materialda yaranan sahənin maqnit induksiyasının vakuuma
nisbətən neçə dəfə çox olmasını göstərir. Maqnit nüfuzluğu
nisbi
və
mütləq
olmaqla iki qrupa bölünür. Hər hansı
material
xarici maqnit sahəsi təsirindən maqnit momentinə malik olur,
yəni maqnitlənir. Maqnit sahəsi elektrik yüklərinin hərəkəti
zamanı yarandığından qəbul etmək olar ki, materialların maqnit
momenti də onların atomlarının tərkibinə
daxil olan
elektronların hərəkəti nəticəsində özünü göstərir.
Hər bir atomun elektronu iki növ hərəkət edir:
► orbital hərəkət;
► arxa hərəkət.
Bunlar da, öz növbəsində, orbital M
orb
və M
k
arxa
maqnit momentləri yaradır.
Atomun tam maqnit momenti
aşağıdakı ifadə ilə təyin olunur:
M at
M orb
M k
(4.1)
i
Materialların maqnit xassələrinin xarakteristikaları üçün
aşağıdakı kəmiyyətlər vardır:
► maqnit induksiyası;
► maqnit sahəsinin gərginliyi;
► maqnit sahəsinin təsirindən maqnitlənmə.
Diamaqnitlər elə materiallardır ki, onların atom və
molekulları xarici maqnit sahəsi olmadıqda tam maqnit
momenti olmur (
Mat
0).
Onlarda ancaq xarici maqnit
sahəsindən yaranan maqnit momenti olur. Diamaqnitlərə bütün
i
k k
134
təsirsiz qazlar, hidrogen, amiak, bir sıra metallar (Cu, Au, Ag,
Zn, Pb və s.), qeyri-üzvi və üzvi (şüşə, mərmər, su və s.),
(mum, neft və s.) materiallar aiddir. Bunlarda μ≤1 –dir. Güclü
maqnitli materiallarda
µ
çox yüksəkdir və onun qiyməti xarici
maqnit sahəsinin qiymətindən asılı olur. Bunlara dəmir, nikel,
kobalt və onun ərintiləri, xrom və kalium permanqanatın
ərintiləri, ferrit və s. aiddir.
Xarici maqnit sahəsi olmayanda paramaqnitlərin
atomları artıq özlərinin elektronlarının
arxa maqnit momenti
ilə kompensasiya oluna bilməyən xüsusi maqnit momentinə
malik olur. Paramaqnitlərin maqnit nüfuzluluğu əmsalı
vahiddən azacıq çox olur. Onlarda maqnit momentləri
nizamsız yerləşir.