BÖLMƏ II Internetin əsas anlayışları




Download 1,89 Mb.
bet11/32
Sana07.12.2023
Hajmi1,89 Mb.
#113034
TuriDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   32
Bog'liq
Kitab

BÖLMƏ II
Internetin əsas anlayışları

XX-ci əsrin ən böyük kəşflərindən biri olan İnternet dünyanın müxtəlif nöqtələrində yerləşən minlərlə kompyuter şəbəkəsini birləşdirən ümumdünya kompyuter – informasiya şəbəkəsidir. İnternet kompyuter – informasiya şəbəkəsinin yaradılması istiqamətində tədqiqatlara keçən əsrin 60- cı illərindən etibarən ABŞ-da və Böyük Britaniyada başlanmışdır. 1969-cu il tarixindən etibarən Amerika Birləşmiş Ştatları Internetin əsasını qoydu. Bu zaman bir qrup alim kompyuterlərin şəbəkələrə birləşdirilməsi üzrə tədqiqatlara başlamışdır. Tədqiqat ABŞ-ın Müdafiə Nazirliyi bölməsi olan Advanced Research Project Agency (ARPA-Elmi Araşdırmalar Agentliyi) tərəfindən maliyyələşdirilmişdir. Şəbəkə bir tərəfdən hərbi sənaye sahəsində elmi tədqiqatlara təkan verməli, digər tərəfdən, məsələn, raket-nüvə zərbəsi endirilərkən, yaxud aviasiya bombardmanı zamanı zədələnməyə dayanıqlı və bu şəraitdə normal fəaliyyətini davam etdirməyə qabil şəbəkələrin qurulması metodlarının tədqiqat obyekti olmalı idi. Bu ideyalar Massaçuset Texnologiya İnstitutundan C.Liklayderin “Man-Computer Symbiosis” (İnsan-Kompyuter simbiozu) (1960-cı il), və “The Computer as a Communication Device”(Kompyuter əlaqə qurğusu kimi) (1968-ci il) məqalələrində öz əksini tapmışdır. 1961-ci ildə Kaliforniya Universitetinin professoru Leonard Kleynrok paket kommunikasiya nəzəriyyəsini və 1962-ci ildə S. Liklayder uzaq məsafədən kompyuter əlaqəsinin yaradılması ideyasını irəli sürdülər. 1965-ci ildə L.Robert və T.Mervil Massaçuset və Koliforniyada yerləşən iki TX-2 və Q-32 markalı kompyuterlər arasında adi telefon rabitəsindən istifadə edərək əlaqə yaratdılar.


2 sentyabr 1969- cu ildə L. Kleynrokun Kaliforniya Universitetindən kompyuterini ARPANET şəbəkəsinə qoşduğu gün İnternetin yarandığı tarix sayılır.
ARPANET sistemi uzaq məsafədə olan kompyuter mərkəzləri ilə əlaqələri yaradırdı. Bu sistem elektron poçtunun göndərilməsi və informasiya mübadiləsi üçün istifadə olunurdu. Sistem inkişaf edərək, 1983-cü ildə iki şəbəkəyə, ARPANET və MİLNET şəbəkələrinə bölünür. MILNET səbəkəsi hərbi məqsədlər, ARPANET şəbəkəsi isə elmi tədqiqatlar məqsədi üçün nəzərdə tutulurdu. İki şəbəkə arasında informasiya mübadiləsi imkanı yaranır və bu birləşmə Internet adı ilə tanınır.
1972-ci ildə B.Kan müasir İnternetin nəzəri əsasını təşkil edən “açıq şəbəkə texnologiyası” ideyasını irəli sürdü. 1979-cu ildə USENET, 1981-ci ildə BİTNET, sonralar CompuServer, AmericaOnline və NSFNET şəbəkələri arasında əlaqə yaradılaraq, 1990-cı ildən o, İnternet adlanmağa başladı. 1979-cu ildə İnternetin USNET, 1989-cu ildə WWW, 1996-cı iıdə İCQ xidmətləri fəaliyyətə başladı.
İnternet qlobal şəbəkədə birləşmiş milyonlarala kompyuterləri, proqramları, verilənlər bazalarını, fayl və insanları birləşdirən şəbəkələrdən ibarət şəbəkədir.



Download 1,89 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Download 1,89 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



BÖLMƏ II Internetin əsas anlayışları

Download 1,89 Mb.