• Kollecdə oxuyan tələbələrin siyahısı
  • Web- səhifənin yaradılması




    Download 1,89 Mb.
    bet32/32
    Sana07.12.2023
    Hajmi1,89 Mb.
    #113034
    TuriDərs
    1   ...   24   25   26   27   28   29   30   31   32
    Bog'liq
    Kitab

    Web- səhifənin yaradılması
    İnternetdən yalnız müəyyən məlumatları almaq deyil, öz məlumatlarımızıda şəbəkədə yerləşdirmək və yaymaq üçün Web- səhifə yaratmaq lazım gəlir. Web- səhifə mətn, qrafik, rəsm və digər elementlərin birliyindən yaradılan elektron sənəddir.
    Web- səhifə HTML (Hyper Text Markur Lahguage- Hipermətnin nişanvurma dili) dilində hazırlanır. HTML- fayl ekranda brauzer vasitəsilə gördüyünüz mətndən və həmin mətnin ekranda necə görünməsini bildirən təlimatdan ibarətdir.
    HTML hipermətnə nişanqoyma dilidir. Nişanqoyma ondan ibarətdirki, hər hansı mətnə HTML əmrləri əlavə edilir və mətnin ekranda necə görünməsini təmin edir. Hipermətn əlavə elementləri olan genişləndirilmiş mətndir. Bu elementlərdən ən əsas hipermətn isnadlarıdır. Onun üzərində siçanın düyməsini sıxdıqda ya həmin Web- sənədin digər hissəsinə, ya da başqa bir Web- sənədə keçirik. Rəsmlər, videokliplər, annimasiyalar və digər elementlər hipermətn elementləridir.
    HTML dili Web- səhifələrinin formatını deyil, strukturunu müəyyən edir. Sənədin formatlaşdırılması isə ona brauzer vasitəsilə baxarkən baş verir. Beləki, Web- brauzer Web- səhifələr yazılan HTML əmrlərini görür, özünün sazlanması xüsusiyyətlərindən və işlədiyi kompyuter sisteminin xassələrindən asılı olaraq ekranda səhifəni bacardığı kimi formalaşdırır.
    HTML dilinin əmrləri teqlər adlanır. Onlar bucaq şəkilli mötərizələr içərisində hərf ardıcıllığı ilə yazılır. Teq tək və cüt ola bilər. Tək teq yerləşdiyi yerdə birdəfəlik effekt verir. Cüt teq açılan və bağlanan teqə bölünür. Açılan teqdən sonra mütləq bağlanan teq olmalıdır.
    Teq özündə atributları saxlaya bilər. Atributlar teqin tətbiq üsullarını müəyyən edən əlavə parametrləri göstərir. Atributlar açılan teqə, yaxud birbaşa ayrıca teqə yazıla bilər. Onlar teqin adından sonra “>”simvoluna qədər olan sahədə yerləşdirilir. Bağlanan teqlərdə heç vaxt atributlar olmur.
    HTML - faylın mətnində əlaqədar Web- səhifəyə isnadların URL ünvanları, həmçinin ayrıca fayllarda mühafizə olunan və səhifəyə əlavə edilən, yaxud onda yerləşən bütün təsvirlərin və multimedia faylların adları verilir. Brauzer vasitəsilə HTML- fayla baxdıqda brauzer həmin fayl əsasında mətni ekranda formalaşdırır və təsvirləri əvvəlcədən müəyyən edilmiş sahələrə yerləşdirir. Brauzer həmçinin bütün URL- ünvanlarına olan isnadları oxuyur və yadda saxlayırki, istifadəçi ekranda müəyyən isnadı siçanın düyməsilə sıxdıqda onu əlaqədar yerə istiqamətləndirsin.
    HTML Web mühitində hipermətn sənədlərinin yaradılması üçün nəzərdə tutulmuş standart dildir. Bu sənədlərə müxtəlif Web- brauzerlərdə baxmaq mümkündür.
    HTML- sənədlər necə yaradılır?
    Bu sənədlər ixtiyari mətn redaktorunun köməyilə yaradıla bilər. Redaktorun seçilməsi müəllifin fərdi istəyinə, vərdişlərinə görə həyata keçirilir.
    HTML-in bütün teqləri “<” işarəsi ilə başlayıb, “>” işarəsi ilə qurtarır.
    İndi sənədin başlığını göstərən teqin yazlışına baxaq:
    sənədin başliği
    Göründüyü kimi, sondakı teq başlanğıcdakından yalnız “/” işarəsi ilə fərqlənir.Sənəddəki ilk teq olmalıdır. Bu teq brauzerə bildirirki, sənəd HTML əsasında yaradılıb. Ən kiçik HTML sənəd aşağıdakı kimi olur:
    ...sənədin gövdəsi
    Sənədin başlıq hissəsinin teqi birbaşa olaraq teqindən sonra yazılır. Başlanğıc teqi teqindən əvvəl yazılır. Məsələn: <br /><HTML> <br /><HEAD> <br /><TITLE> sənədin başliği

    Sənədin gövdəsinin teqləri vasitəsilə sənədin bütün komponentləri yaradılır. Sənədin gövdəsi və

    Kollecdə oxuyan tələbələrin siyahısı


    Tərtib edilib: 2 aprel 2011-ci il


    Bu siyahıda bizim Kollecin bütün tələbələrinin adı, famliyası göstərilir:
    Siyahı yalnız Kolleclə bağlı istifadə oluna bilər.
    Download 1,89 Mb.
    1   ...   24   25   26   27   28   29   30   31   32




    Download 1,89 Mb.