Virus və antivirus proqramları




Download 1,89 Mb.
bet25/32
Sana07.12.2023
Hajmi1,89 Mb.
#113034
TuriDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   32
Bog'liq
Kitab

Virus və antivirus proqramları

Kompyuter virusları- kiçik həcmli proqramlar olub, proqramlaşdırıcılar tərəfindən yaradılır və müxtəlif yollarla – disketlərlə, lokal və İnternet şəbəkəsi ilə , elektron poçtla kompyuterə yayılaraq istifadəçi üçün müxtəlif problemlər yaradırlar. Viruslar kompyuterin yaddaşına daxil olma üsullarına, fəaliyyətlərinə görə bir- birindən fərqlənirlər və onların aşağıdakı formaları vardır.


Sputnik viruslar, fayl virusları, yükləmə virusları, rezident viruslar, polimorf viruslar, makroviruslar,stels viruslar, özü- özünü modifikasiya edən viruslar və s.
Virus- kompyuterin qatı düşmənidir. Xırda bir proqramdan olan bu xəstəlik bizim aylarla düzəltdiyimiz məlumatları bir andaca poza bilər, ya da kompyuteri bütövlükdə poza bilər. Kompyuter virusları gizlənə bilir, çoxala bilir, ziyan vura bilirlər. Virusun tarixi 60-cı illərin axırlarından başlayır. Xırda bir proqram kompyuterin daxilində özü-özbaşına artaraq proqramları, məlumatları kompyuterdə pozmağa başlayır. Virus proqramların həcmi çox kiçik olduğundan onlar hətta xırda Floppi disklərindəki məlumatların daxilində sakitcə gizlənə bilir. Adətən internet vasitəsilə daha çox yayılır.Onlar hətta adi mağazalarda satılan proqram disklərinin daxilində də ola bilərlər. Əslində isə satışa çıxarılan hər bir disk ən azı virusa qarşı test proqramından keçməlidir. Virusların dağıdıcı prosesləri də müxtəlifdir. Bəzi viruslar sadəcə artır və bu prosesdə kompyuterin sürəti azalır, digərləri proqram fayllarını korlayır və proqramlarla normal işləməyə imkan vermir. Başqa biriləri məlumatları pozur, hətta daimi yaddaşı, ana platanı korlayan viruslar da vardır.
Hal-hazırda virusların tutulub zərərsizləşdirilməsinin və onların yayılmasının qarşısının alınması üçün bir sıra virus əlehinə proqramlar işlənib hazırlanmışdır. Bu proqramların bazaları xüsusi laboratoriyalarda daima təkmilləşdirilərək yeni viruslara qarşı vaxtında tədbir görmək imkanı qazanırlar. Virusların sayı çox olduğuna görə hər bir kompyuterdə antivirus proqramı olmalıdır. Virusa qarşı proqramlar çoxdur və onların sayı artır. Məs; Dr.Web. “NOD-32”, “Norton Antivirus” və AVP (Antivirus Kasperskovo) və s. misal göstərmək olar.
Bu antiviruslardan geniş şəkildə istifadə olunur. Ümumiyyətlə hər bir antivirus proqramının bazasında viruslar haqqında məlumat olur, yəni əgər virus proqramına tanış deyilsə, o onu tapıb ləğv edə bilməz. Antivirus proqramlarının bazaları olur, bu bazalarda viruslar haqqında məlumat yerləşdirilir. Antivirus proqram axtarış vaxtı öz bazasında olan əlamətlərə görə virusu müəyyən edir. Müasir antivirus proqramları əməliyyat sisteminin avtoyükləmə proqramlar qrupunda yerləşir və əməliyyat sistemləri yüklənən kimi və kompyuterə disket daxil olan kimi avtomatik olaraq virusun axtarılmasını təmin edir. Bir sıra antivirus proqramları müəyyən vaxtdan sonra istifadəçinin müdaxiləsi olmadan avtomatik olaraq İnternet vasitəsilə “virus bazaların” yeniləşdirilməsini təmin edir. Bunun üçün yalnız antivirus proqramı kompyuterə yükləndikdə qeydiyyatdan keçmək tələb olunur. “Norton Antivirus” proqramı öz bazasına görə ən böyük antivirus proqramı olduğuna görə çox virusları müəyyən edə bilir. “Norton Antivirus” yüklənəndə üzərində iş görülən məlumat və proqramları öz testindən keçirir. Proqramın çox sadə menyusu var. Sol tərəfdə yerləşmiş “Scan for Viruses” virusların axtarılması sətrini seçirik, növbəti pəncərə açılır. Pəncərənin sağ tərəfində virusların hansı bölmələrdə axtarılması seçimi verilir. Virus axtarmağın ən sadə yolu yuxarıda yerləşmiş “Scan my computer” mənim kompyuterimi axtar düyməsini basmaq lazımdır. Bu zaman antivirus proqramı kompyuterin tərkibindəki bütün yaddaşları, diskovodlardakı floppi, “CD” disklərini yoxlayacaqdır. Axtarış prosesi müəyyən qədər davam edəcək. Proses qurtarandan sonra Antivirus proqramların tapdığı virusların (əgər varsa) siyahısını ekranda göstərir. Norton antivirys proqramı kompyuterlərin sürətini nisbətən aşağı salır.
AVP (Antivirus Kosperskovo) Bu antivirus rus proqramçısı tərəfindən yaradılmışdır. Antivirusların həm sürəti nisbətən yüksəkdir, həm də kompyuterin iş sürətinə o qədər də mane olmur. Vaxtaşırı “AVP” antivirusunun yeni variantları və təzə virus bazası hazırlanır. AVP-in forması üç hissədən ibarətdir.
Birinci bölmənin sol yuxarı hissəsi virusları axtarmaq bölməsidir. “Scan my computer” düyməsini işə salmaqla virusların axtarışı bölməsi işə düşür.
AVP-in ikinci bölməsində isə proqramın müxtəlif xüsusiyyətlərinin köklənməsi imkanı vardır. AVP-nin “Settings”-köklənmə bölməsinin sol yuxarı küncündəki “Configuave Real-Time Protection”-daimi müdafiə düyməsi ilə kompyuterin işinin ləngiməsinə səbəb olacaq imkanları məhdudlaşdırıb iş prosesinin sürətini artırmaq olar.

Download 1,89 Mb.
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Download 1,89 Mb.