• Microsoft Outlook Express
  • Outlook Express
  • Elektron poçtda ünvanlaşdırma




    Download 1,89 Mb.
    bet22/32
    Sana07.12.2023
    Hajmi1,89 Mb.
    #113034
    TuriDərs
    1   ...   18   19   20   21   22   23   24   25   ...   32
    Bog'liq
    Kitab

    Elektron poçtda ünvanlaşdırma

    Göndərdiyiniz elektron məktubunun sahibinə çatması üçün sizin ümumi beynəlxalq standartlara cavab verən elektron poçt ünvanınız olmalıdır.


    Son vaxtlar bir sıra saytlar, ilk növbədə informasiya axtarış sistemləri istifadəçiləri pulsuz elektron poçt xidməti təklif edirlər. Bu xidmətdən istifadə etmək üçün ilk növbədə istifadəçi unikal elektron poçt ünvanına sahib olmalıdır. Bunun üçün o xüsusi anket formasını doldurmaqla qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçmiş istifadəçi öz unikal parolunu və ünvanını daxil edib ona ünvanlanmış məktubları oxuya bilər və digər istifadəçilərə elektron məktublar göndərə bilər. Məs: WWW. Mail.ru saytının təklif etdiyi pulsuz poçt xidmətindən istifadə üsulu ilə tanış olaq. Elektron poçt ünvanına sahib olmaq üçün Web səhifəsində qeydiyyat düyməsini sıxmaq və növbəti səhifələrdə qeydiyyatdan keçmə şərtini qəbul etdikdən sonra verilmiş ünvan formasından birini seçmək, istifadəçi adı, parolu və onun təkrarını daxil etmək, elektron anket formasını doldurub yaddaşda saxlamaq düyməsini sıxmaqla qeydiyyatdan keçməliyik. Bundan sonra poçt ünvanına malik olaraq poçt xidmətindən istifadə edə bilərik. İstədiyimiz vaxtda WWW. Mail.ru saytında parolu və ünvanın yalnız “ad” hissəsini daxil edib, daxil olmaq düyməsini sıxmaq lazımdır. Parol və ünvan düzgün daxil olunduqda açılmış Web səhifədə iki hissədən ibarətdir: başlıq və məlumat.
    Başlıq belə olur:
    From-(haradan) məktubu göndərən tərəfin elektron ünvanı;
    To-(hara) məktub göndərilən şəxsin elektron ünvanı;
    Cc-(açıq nüsxəsi) göndərilən şəxsin digər elektron ünvanı;
    Subjest-məlumatın mövzusu;
    Data-məlumatın göndərilmə tarixi və zamanı;
    From və Data – avtomatik doldurulur.
    Reply To- adətən məktubuna cavab verdiyiniz abonentin elektron ünvanı;
    Elektron ünvan aşağıdakı formada yazılır:
    -poçt qutusunun adı @ poçt serverinin adı
    Poçt qutusunun adı-bu istifadəçinin qeydiyyatdan keçmiş adıdır (Login). Poçt serverinin adı isə elektron qutunun adının qeydiyyatdan keçdiyi kompyuterdir, yəni internet şəbəkəsində hansı saytın poçt xidmətidir.
    Poçt müştərisi-poçt serveriilə əlaqə saxlaya bilən istifadəçinin kompyuterinə quraşdırılmış proqramdır.
    Poçt protokolları-poçt müştərisi ilə serveri arasında qarşılıqlı əlaqəni təmin edən texniki standartlardır.
    Hal-hazırda internet şəbəkəsində çoxlu sayda pulsuz poçt serverləri mövcuddur. Bunlar bir-birindən abonentlərə verilən poçt qutusunun həcminə görə fərqlənir. Əslində əsas göstəricisi mühafizə sistemidir-yəni serverlərin haker hücumlarına qarşı mühafizəsinin səviyyəsinin müxtəlif olmasıdır. Azərbaycan poçt serverlərindən Box.az, Bakililar.az. poçt serverlərini göstərmək olar. Beynəlxalq poçt serverlərindən Yahoo.com, Hotmail.com, Rambler.ru, Mail. ru, MSN.com və s. göstərmək olar.
    E-mail vasitəsi ilə şəkillər, fotoşəkillər, audio və video yazılardan istifadə edərək informasiya mübadiləsi etmək olar. Yixarıda qeyd olunan informasiya fraqmentini göndərmək və ya onları elektron məktubuna birləşdirmək olar. Fraqmentləri birləşdirən fayl məktub ilə eyni zamanda göndərilir.
    Microsoft Outlook Express” proqramı.

    Bütün xidmət növləri kimi elektron poçtda server və istifadəçi proqramlarının qarşılıqlı əlaqəsinə əsaslanır. Windows əməliyyat sistemində elektron poçtun istifadəçi proqramı hazır şəkildə qoyulmuşdur. Bu proqram Outlook Express adlanır. Elektron poçtla xidmət göstərən serverlərdə əlaqədar server proqramları olur. İstifadəçi proqramının serverlə qarşılıqlı əlaqəsini sazlayarkən bilməliyik ki, poçtun göndərilməsi və qəbulu iki müxtəlif xidmət prosesidir. Onlar müxtəlif protokollarla icra edilir. Elektron məktubun göndərilməsi üçün SMTP(Simple Mail Transfer Protocol), alınması, qəbulu üçün POP3(Post Office Protokol 3 ) protokolları istifadə edilir.



    Download 1,89 Mb.
    1   ...   18   19   20   21   22   23   24   25   ...   32




    Download 1,89 Mb.