• Internet ticarət
  • FTP- xidməti ( klient proqramı )
  • İRC- xidmət növü server şəbəkəsi vasitəsilə insanlar arasında ünsiyyəti təmin edir. Ünsiyyət mətn formasında həyata keçirilir. Çat xidmətləri




    Download 1,89 Mb.
    bet19/32
    Sana07.12.2023
    Hajmi1,89 Mb.
    #113034
    TuriDərs
    1   ...   15   16   17   18   19   20   21   22   ...   32
    Bog'liq
    Kitab

    İRC- xidmət növü server şəbəkəsi vasitəsilə insanlar arasında ünsiyyəti təmin edir. Ünsiyyət mətn formasında həyata keçirilir.
    Çat xidmətləri Dünyanın ayrı-ayrı guşələrindəki insanlar öz aralarında və müxtəlif mövzularda söhbətləşir. Bunun üçün onlar çat otaqlarından istifadə edir.Yahoo və Microsoftun çat xidmətləri, İnternet Relay Chat və www texnologiyası əsasında işləyən çat geniş istifadə olunur. . Windows Messenger, Yahoo Messenger , ICQ kimi proqramlar imkan verir ki, göndərilən məlumatlar ani olaraq istifadəçinin ekranına çıxsın.
    Internet ticarət xidməti vasitəsi ilə on-line rejimində İnternet vasitəsi ilə müştərilərdən mal və xidmətlər üzrə sifarişləri qəbul edilir.Bu xüsusi saytda mal və xidmətlər üçün ödənişlər elektron ödəmə sistemi vasitəısi ilə həyata keçir. Saytda komersiya təklifləri qiymətlər pereskurantı təklif olunur. Hər bir mal və ya xidmətin əsas xüsusiyyətləri bir çox hallarda isə malın və ya xidmətin fotoşəkili ilə müşayət olunur. Hər hansı bir mal və ya xidmət müştəri tərəfindən seçildikdə həmin an saytda sifariş tərtib edilib göndərilə bilər. Bir çox hallarda sifariş telefon, elektron poçtu, İCQ və s. qəbul edilir.
    FTP- xidməti ( klient proqramı )
    FTP (File Transfer Protokol – Faylların ötürülməsi protokolu)- İnternet protokollarından biridir və faylların asanlıqla ötürülməsinə şərait yaradan protokoldur. Protokoldan faylların İnternetdən ötürülməsi üçün istifadə edilir. FTP- də verilənlər mübadiləsi TCP- kanal vasitəsilə həyata keçrilir. Mübadilə “kliyent-server“ texnologiyası əsasında yaradılıb.
    FTP arxivlərlə işləmək üçün server, kliyent və axtarış proqramı lazımdır.
    İnternetin informasiya ehiıyatları əsasən Web serverlərdə və FTP serverlərdə yerləşir. FTP serverlər mübadilə üçün nəzərdə tutulmuş fayl arxivi funksiyasını yerinə yetirir. Hər bir FTP server unikal “ftp” ilə başlayan DNS ünvanına malik olur. İnformasiya mübadiləsi FTP protokolu əsasında FTP klient proqramı vasitəsilə təmin edilir. FTP klient proqramı FTP serveri ilə əlaqə yaradır. Əlaqə yaradıldıqdan sonra istifadəçinin identifikasiyası tələb olunur. Bunun üçün istifadəçi FTP serverə qoşulma hüququnu təmin edən İstifadəçi adı (Login) və Parolu (Password) düzgün daxil etməlidir.
    FTP- klient proqramının digər funksiyası istifadəçi üçün əlverişli naviqasiyanı təmin etməkdir. FTP- klient proqramı olaraq əsasən FAR, Windows Commander, Cute FTP, ReGET və s. proqramlardan və brauzerlərdən istifadə edilir.Brauzer vasitəsilə FTP serveri ilə əlaqə serverin DNS ünvanını brauzerin ünvan sətrində yazıb, Enter düyməsini sıxmaq lazımdır. İstifadəçi adı və Parolu daxil etdikdən sonra FTP serverin fayl strukturu brauzerin işçi sahəsində görünəcəkdir.
    Fayl strukturu ilə naviqasiya əməliyyatları Windows bələdçisi proqramında olduğu kimi həyata keçrilir. Eyni qayda ilə FTP serverinin fayl strukturuna baxış təmin olunur, qovluğun və faylın surəti istifadəçi tərəfindən köççürülə bilir. Lakin FTP sarverin strukturunda hər hansı dəyişiklik etmək: qovluğun və ya faylın adını, yerləşmə formasını dəyişmək, faylı və ya qovluğu pozmaq qeyri mümkündür. Bundan başqa istifadəçi öz informasiyasını əlaqə yaratdığı FTP serverdə yerləşdirə bilər.
    FTP xidməti İnternetin digər xidmət növlərindən fərqli olaraq qeyri- məhdud həcmli faylların mübadiləsini təmin edir. Böyük həcmli faylların effektiv mübadiləsini təmin etmək üçün ReGET proqramından istifadə etmək məqsədə uyğundur. Bu proqram çoxsaylı faylların, eyni vaxtda FTP və Web serverlərdən yüklənməsini təmin edir. Bu zaman bu və ya digər səbəbdən serverlə əlaqə kəsildikdə belə sonrakı seansda faylın yüklənməsi prosesi davam edir.
    Lazım olan faylları FTP serverlərindən yükləmək üçün ilk növbədə istifadəçiyə FTP serverlərin ünvanları məlum olmalıdır. Bir sıra saytlar o, cümlədən http:// tile.net/ftp-lıst/ ünvanında çoxsaylı mövzu, ölkə, ad və s. kriteryalara görə qruplaşmış FTP serverlərin siyahısı verilmişdir. Bundan başqa FTP serverlərində mövzuya görə axtarış aparmaq üçün Archie axtarış sistemi nəzərdə tutulmuşdur. Archie- serverlər müxtələf FTP serverlərdə olan fayla dair informasiyaları özündə kompleks halında toplayır. Digər axtarış sistemləridə FTP faylların axtarışını təmin edir.

    Download 1,89 Mb.
    1   ...   15   16   17   18   19   20   21   22   ...   32




    Download 1,89 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    İRC- xidmət növü server şəbəkəsi vasitəsilə insanlar arasında ünsiyyəti təmin edir. Ünsiyyət mətn formasında həyata keçirilir. Çat xidmətləri

    Download 1,89 Mb.