• Kliyent server texnologiyası.
  • Sənədin başliği




    Download 1,89 Mb.
    bet16/32
    Sana07.12.2023
    Hajmi1,89 Mb.
    #113034
    TuriDərs
    1   ...   12   13   14   15   16   17   18   19   ...   32
    Bog'liq
    Kitab

    Domen ünvanları


    Domen – müəyyən xüsusiyyətlərinə görə birləşmiş PC-lər qrupudur.





    TCP/İP protokolu öz adını 2 rabitə protokolundan-verilənlərin ötürülməsinə nəzarət edən protokol və müxtəlif şəbəkələrdə qurğular arasında informasiyaların ötürülməsi zamanı şəbəkədə paketlərin marşrutlaşdırılmasını həyata keçirən protokoldan ibarətdir. Bir evin ünvanı həmin evin şəhərdə harada yerləşdiyini müəyyən etdiyi kimi, İP-ünvanda şəbəkədə qovşaqların harada yerləşdiyini müəyyənləşdirir. Adi ünvan kimi İP-ünvan da unikal və vahid bir formaya malik olmalıdır.


    İnternetdə kompyuter qovşaqlarının hansı təşkilatlara aidiyatı olduğunu göstərən xüsusi kodlardan istifadə edilir.
    .com - kommersiya təşkilatları
    .edu- təhsil müəssisələri
    .mil- hərbi müəssisələr
    .gov- dövlət təşkilatları
    .net - şəbəkə agentlikləri və ya provayderlər
    .int - beynəlxalq təşkilatlar
    .org - qeyri kommersiya təşkilatları
    Digər ölkələrdə 1-ci səviyyəli domen kimi həmin ölkənin kodu istifadə olunur. .az-Azərbaycan
    .tr-Türkiyə
    .de-Almaniya
    .ru-Rusiya
    .ch-Isveçrə
    .uk- Böyük Briyaniya
    .fr-Fransa
    .ca-Kanada
    Lokal ünvanlar qlobal şəbəkə olan alt şəbəkə çərçivəsində verilənlərin ünvana çatdırılması üçün istifadə edilir. Lokal ünvanlar MAC ünvanlar adlanır. Lokal ünvanlar şəbəkə adapteri istehsalçıları tərəfindən təyin edilir. Bütün mövcud lokal şəbəkə texnologiyalarında MAC ünvanlar 6 baytlıq formata malik olur.
    Kliyent server texnologiyası. Şəbəkədə istənilən iki obyektin qarşılıqlı əlaqəsi zamanı müəyyən resurs (servis, xidmət) imkanlarını ayıran və ondan istifadə edən tərəflər iştirak edir. Resurslardan istifadə edən kliyent, resursları təmin edən tərəf isə server adlanır. Ümumiyyətlə, öz resurslarını istifadəçinin öhdəsinə buraxan uzaq məsafədə yerləşən kompyuter ilə bu resursları istismar edən istifadəçi kompyuter arasında informasiyaları ötürmə mexanizmi kliyent-server sistemi adlanır. Resurs kimi aparat təminatı (printer, modem, skaner, disk qurğusu və s.), proqram, fayl, məlumat, informasiya və ya hətta kompyuterdə ola bilər. Bunlara fayl-server, çap serveri, verilənlər bazası serveri, Veb server və s. aid etmək olar. Veb server dedikdə İnternet şəbəkəsinə qoşulmuş və xüsusi proqram yazılmış kompyuter nəzərdə tutulur. Ona başqa sözlə http-server də deyilir. Server kliyent kompyuter sorğusuna cavab olaraq lazımi Veb-səhifəni İnternetdən gətirir. İnternet şəbəkələrində daha çox istifadə edilən serverlər Microsoft İnternet İnformation Server (Windows əməliyyat sistemi əsasında işləyən), SQL-server (SQL dilində verilənlər bazasında sorğuların emalı proqramı), Apache –(UNİX əməliyyat sistemi əsasında işləyən) server proqramlarını misal göstərmək olar.



    Download 1,89 Mb.
    1   ...   12   13   14   15   16   17   18   19   ...   32




    Download 1,89 Mb.