Azərbaycan İnternetinin tarixi




Download 1,89 Mb.
bet17/32
Sana07.12.2023
Hajmi1,89 Mb.
#113034
TuriDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   32
Bog'liq
Kitab

Azərbaycan İnternetinin tarixi

Azərbaycan ilk dəfə olaraq 1991-ci ildə elektron poct xidmətindən istifadə etməyə başlayıb. Beynəlxalq şəbəkəyə bağlantı Russiyanın Relcom şirkətinə məxsus kanallar vasıtəsilə həyata keçirilirdi. Relcom da öz növbəsində Avropanın nəhəng Eunet şəbəkəsi vasitəsilə Qlobal şəbəkəyə bağlanırdı.


1995-ci ilin əvvəllərində Elmlər Akademiyasının ASU (Avtomatlaşdırılmış İdarəetmə Sistemləri) laboratoriyasında ilk dəfə internetə qoşulma həyata keçirilirdi. Qlobal şəbəkəyə bağlantı üçün Avropa (Türkiyə) kanallarından istifadə edilib. Bağlantının sürəti 9600 kbit/s olub. Hazırda ölkənin xeyli sayda elmi-tədqiqat institutlarının, digər elm və təhsil qurumlarını birləşdirən Az RENA şəbəkəsinin özəyi də EA-nın məhz həmin qurumu tərəfindən qoyulub. ASU-nun o vaxtkı rəhbəri isə indiki Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov olmuşdur.
1996-cı ildə İntrans şirkəti tərəfindən Azərbaycanda ilk dəfə lolaraq kommersiya məqsədilə internet xidmətləri təklif edilməyə başlanıb. İnternetə qoşulmaq üçün Rusiyanın kanallarından istifadə edilib. Ilkin dövrlərdə sürət 64 kbit/s olub. Uzun müddət internet ölkəmizdə internetin 1 saatının qiyməti təxminən 12 $ olub. Azərbaycan İnternet Service (AİS) və Sinamİnvest Provayderləri fəaliyyətə başladıqdan sonra (1997-ci ildə) bu qiymət 6 $, Azerin Provayderi fəaliyyətə başladıqdan sonra (1998-ci ildə) İnternetdən 1 saatlıq istifadə haqqı 3 $ oldu. 1997-ci ildə yaranan və 1998-ci ildə informasiya Texnologiyaları sahəsində ictimai qurum kimi ilk rəsmi dövlət qeydiyyatına alınan Multimedia informasiya Sistemləri və texnologiyalar mərkəzi İnternetin tənzimlənməsi və özünü tənzimləməsi sahəsində fəaliyyətə başlayıb. İnternet xeyli müddət ölkəmizdə əsasən yerli və xarici şirkətlərin, beynəlxalq qurumların dəstəyi ilə inkişaf edib.
1996-cı ildə sentyabrda ölkədə ilk dəfə olaraq İnternet sahəsində Lisenziya alan Sinam-İnvest Birgə Müəssisənin Lisenziyasında fəaliyyət növü olaraq məhz İnternet-data rabitə xidməti qeyd edilib.
Ötən 10 il ərzində Azərbaycan internetində ciddi keyfiyyət və kəmiyyət dəyişikliyi baş verib. 2003-cü ilin fevralında Azərbaycan Respublikası prezidenti tərəfindən “Azərbaycanda İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiya”-nın təsdiq edilməsi Azərbaycan internetinin inkişafında böyük rol oynadı. 2004-cü il ölkə prezidentinin RN-in ləğvi və onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması haqqında Fərmanı verildi.
Ölkə prezidentinin 10 avqust 2004-ci il tarixli Fərmanı ilə ölkənin tarixində ilk dəfə olaraq “İnternetə dövlət dəstəyi” ifadəsi ölkənin rəsmi sənədlərində öz əksini tapdı. Sənəddə ölkədə internetin inkişafı üçün RİTN-in dövlət qurumu olaraq məsuliyyət daşıdığının qeyd edilməsi Azərbaycan İnternetində yeni bir dövrün başlanğıcı oldu. Hər il keçirilən “BakuTel-Telekommunikasiya və İnformasiya Texnologiyaları” sərgisi ölkədə İnternetin və ümumiyyətlə informasiya Texnologiyalarının inkişafında xüsusi rol oynayır.



Download 1,89 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Download 1,89 Mb.