• Xarici modem
  • Provayderlərin seçilməsi. Azərbaycanda fəaliyyət göstərən provayderlər
  • Sənədin başliği




    Download 1,89 Mb.
    bet13/32
    Sana07.12.2023
    Hajmi1,89 Mb.
    #113034
    TuriDərs
    1   ...   9   10   11   12   13   14   15   16   ...   32
    Bog'liq
    Kitab

    Daxili modem-birbaşa kompyuterin korpusunda yerləşən sistem şininə birləşdirilir. Bu tip modemlər kompyuterin ümumi elektrik mənbəyindən istifadə edir.
    Daxili modemlərin üstün cəhətləri-sadəlik, aşağı qiymət, UPS-dən istifadə zamanı elektriklə bağlı problemlərin olmaması, portları məşğul etməməsi.
    Daxili modemlərin mənfi cəhətləri-sistem şininə qoşulmaqla digər qurğularla münaqişə ehtimalının artması, digər kompyuterlərin modemdən istifadə edə bilməməsi və s.
    Xarici modem-kompyuterə portlar vasitəsilə qoşulan, elektrik mənbəyi müstəqil olan, ayrıca qurğudur. Xarici modem işıq diodları və ya “LCD displey” şəklində olan iş rejimləri indikatorlarına malik olur.
    Xarici modemlərin üstün cəhətləri-müstəqil elektrik mənbəyi sayəsində maneələrə qarşı daha davamlı olması, müstəqil söndürmə imkanının olması, dəgər kompyuter, printer və s. tərəfindən istifadə olunma imkanı, sürətli və sadə qoşulma, verilənləri sinxron rejimdə ötürmə imkanı.
    Xarici modemlərin mənfi cəhətləri-xarici qurğuların faylının artması, əlavə cərəyan mənbəyinə ehtiyac duyulması, UPS-ə birləşdirilməsi halında xüsusi keçidin olması zərurəti və s.
    Modem informasiyaları kompyuterin ikilik kodundan telefon siqnallarına və əksinə çevirir. Bununla yanaşı digər funksiyaları da yerinə yetirir. Modemin əsas xarakteristikası onun verilənləri ötürmə sürətidir. Qeyd edək ki , informasiyanın ötürülmə sürəti modemlə yanaşı telefon xəttinin keyfiyyətindən də asılıdır.
    İstifadəçi öz kompyuterindən İnternetə qoşulmaq üçün “İnternet Servis Provayder(İSP) xidmətlərini təklif edən şirkət - provayder (ingiliscə - təchiz edən) ilə xüsusi razılaşması olmalıdır.


    Provayderlərin seçilməsi. Azərbaycanda fəaliyyət göstərən provayderlər

    Internet vasitəsilə istifadəçilərə xidmət edən təşkilatlar provayder adlanır. Provayderlərin əsas xüsusiyyətləri aşağıdakılardır:



    1. İnternetdə kanalın enliliyi.

    Kanal geniş olduqca sizin göndərdiyiniz və aldığınız informasiya daha sürətlə ötürülür və deməli, siz az vaxt ərzində daha çox informasiya mübadiləsində olursunuz.

    1. Modemin xətlərinin sayı (modem ”pul”unun ölçüsü).

    Modem pulu (Modem Pull) ixtisaslaşdırılmış modemlərin və telefon xətlərinin dəstini özündə əks etdirən qurğudur. Müəyyən telefon nömrələri ilə siz provayderin kommunikasiya qovşağına zəng edirsiniz. Orada isə dəstəyi modem qaldırır ki, bununla da siz İnternetə qoşulursunuz. Modem pulunun ölçüsü çox olduqca həmin nömrələrə daha tez düşə bilərsiniz.

    1. Xidmət dəstəyi.

    Internetə qoşulan zaman yaranan problemləri həll etmək üçün provayderin xidmət dəstəyinə müraciət edə bilərsiniz. Bəzən belə xidmətin olması artıq xərclərinizin qarşısını alır.

    1. İnternet xidmətlərə görə ödəniş.

    Internet xidmətlərinə görə ödənişin bir neçə üsulu var. Internetə qoşulmağın hər saatına görə ödəniş, bütün ay boyu olan ödəniş. Aylıq ğdəniş zamanı hər ay ərzində siz bütün gün boyu İnternetdə ola bilərsiniz. Provayderi seçərkən ideal seçim olmur. Bəzən də elə olur ki, telefon rabitə xətlərinin vəziyyəti elə acınacaqlı olur ki, bu səbəbdən də İnternetdə işləmək çətinləşir, çox vaxt tələb edir. Adi qoşulma sürəti 35-56 bit/s-dir, ayrılmış xətlə qoşulma zamanı isə sürət 128kbit/s-dəkartır. Bunun qiyməti o qədər yuxarı olur ki, adi vətəndaşlar bu xidmətdən praktiki olaraq istifadə edə bilmirlər. Lakin internet-klubların bəzilərində bu sürətlə internetə qoşulub işləmək mümkündür.
    Hazırda 3 tip provayder fərqləndirilir.

    1. Ölkə miqyasında xidmət göstərən milli internet provayderlər (məs: Azəronlayn, Aztelekom, ada net və s.)

    2. Müəyyən şəhər miqyasında xidmət göstərən yerli provayderlər

    (Azərb.E.A, bakinternet)

    1. kommersiya xarakterli dialoq xidməti qurumları (məs: Amerika onlayn, CompuServer və s.)

    Provayderə qoşulma variantları aşağıdakılardır:

    1. İnternetə sabit, daimi qoşulma-Bu qoşulmanı seçmiş iri təşkilatlar, o cümlədən tədris müəssisələri öz işçilərinə pulsuz qoşulmanı təmin edir.

    2. Vaxta, müddətə görə qoşulma-Telefon haqqı saatla hesablanan regionlarda daha çox yayılmışdır.

    3. Şəbəkəyə qeyri-məhdud müraciət-Bu variantda provayderə aylıq abunə haqqı ödənilir.

    4. İnternet kart vasitəsilə qoşulma (İnternet paket, internet talon) Provayderlərin əksəriyyətinin modemləri 33 600 bit/san sürətlə işləyir. Müasir modemlərə adi, gündəlik istifadə etdiyimiz telefon xətti ilə saniyədə 33600 bit və 56000 bit informasiya ötürə bilir.

    Hazırda Azərbaycanda 22 Provayder fəaliyyət göstərir. Birbaşa magistral kanala çıxışı olan Provayderlərə birinci səviyyəli Provayderlər deyilir. Ona qoşulan digər provayderlərə ikinci səviyyəli Provayderlər deyilir.
    Azərbaycanda əsas provayderlər “Azeurotel”, “AzTelecom”, “Bakinternet”, “İntrans”, ”Azerin”, Aztelekom, Adanrt, Azintex, Uninet və s.
    Şəbəkələrdə müxtəlif texniki və informasiya təminatı istifadə edilir və buna görə də şəbəkələrin abonentləri arasında hamı üçün eyni olan ümumi qaydalar qəbul edilməlidir. Bu qaydalar təyin edilmiş standartlarda öz əksini tapır. Hər hansı bir yeni texnologiya o zaman «qanuni statusa» malik olur ki, onun məzmunu müəyyən standartlar çərçivəsinə daxil olsun. Belə standartlar şəbəkə protokolları adlanır.

    Download 1,89 Mb.
    1   ...   9   10   11   12   13   14   15   16   ...   32




    Download 1,89 Mb.