Sənədin başliği




Download 1,89 Mb.
bet15/32
Sana07.12.2023
Hajmi1,89 Mb.
#113034
TuriDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   32
Bog'liq
Kitab

TCP/IP protokolu
Kompyuter şəbəkələrində standartlaşmanın əsasını şəbəkə qarşılıqlı vasitələrinin yaradılmasında coxsəviyyəli yanaşma təşkil edir. Beləliklə sistemin qovşaqlarının qarşılıqlı əlaqəsi üçün müxtəlif səviyyələrdə protokollar istifadə edilir. Şəbəkələr arası əlaqəni təşkil etmək üçün uyğun bir protokola ehtiyac var. Kompyuter dilində protokol- sadəcə olaraq müxtəlif proqramlar arasında verilənlərin mübadiləsini müəyyənləşdirən qaydalar vasitəsidir. Sadə dildə desək, protokol- kompyuterlərin bir-biri ilə ünsiyyət dilidir.
Protokollar verilənləri ötürmə üsullarını, məlumatları, şəbəkə səhvlərinin emalını, eləcə də konkret aparat vasitəsindən asılı olmayan standartları təyin edir. Bütün parametrlər, verilənlərin ötürmə sürətindən tutmuş ayrıca məlumatların göndərilməsi zamanı ünvanlaşdırma üsullarınadək hər şey konkret şəbəkədə istifadə olunan protokollar tərəfindən müəyyənləşir və verilir.
Şəbəkələrin qovşağlarını və bütün səviyyələrində onların qarşılıqlı əlaqəsini ieararxik təşkil edən protokol yığımı protokollar steki adlanır.
Internetdə əsas protokol TCP/İP (Transmission Control Protokol/İnternet Protokol) protokoludur. İnternetdə protokol məlumatı lazımi ünvana çatdırmaq funksiyasını yerinə yetirir.
TCP/İP protokollarını 1974-cü ildə APPANET-in əsas tərtibatçılarından olan Robert Ken və kompyuter mütəxəssisi Viktor Serf təklif ediblər. Ümumiyyətlə, TCP/İP termini internetdə kompyuterlər arasında mübadilə protokolları ilə bağlıdır. Bu protokollar steki aşağı səviyyədə fiziki və kanal səviyyələrinin yuxarı səviyyədə tətbiqi səviyyənin protokollarını (FTP, Telnet, poçt protokolu SMTP, WWW hipermətn servis xidmətini və s.) təşkil edir.
Əgər ayrı-ayrı kompyuterlər və istifadəçilər üçün identifikasiya sistemi mövcud olmasaydı, milyonlarla qovşad kompyuteri və milyonlarla istifadəçi arasında xaos baş verərdi. INTERNET-də hər bir qovşaq kompyuteri və istifadəçi şəxsi ünvana malikdir. Bu ünvanların funksiyası analoji olaraq ənənəvi ünvanlara uyğundur. Onların əsas təyinatı insanlara informasiyasının A nöqtəsindən B nöqtəsinə müvəffəqiyyətlə ötürülməsidir. Internetdə xəbərlərin ötürülməsi paketlərin komutasiyası vasitəsi ilə həyata keçir. Xəbər paket adlanan porsiyalara bölünür. Hər bir paketdə 4 kbaytdan artıq olmayan informasiya ötürülür. Internetin ayrı-ayrı hissələri marşuritizatorlarla biri digəri ilə əlaqə yaradır. Marşrutizatorlar paketlərin haraya göndərilməsi haqda qərar qəbul edirlər. Yerli alt stansiya onu digər altstansiyaya göndərir. Bu əməliyyat xəbərin ünvana çatana qədər davam edir. Səbəkələr arası IP (İnternet Protokol) protokolu ünvanlaşdırmaya “cavabdehdir” və şəbəkədə paketlərin hərəkətini təyin edir. Şəbəkədə IP protokulundan əlavə TCP (Transmission Control Protokol – Verilənlərin ötürülməsinə nəzarət edən protokol) istifadə edilir. İP protokolu verilənlərin yalnız ötürülməsini təyin edir. Bütün prosesi isə TCP protokolu idarə edir. TCP protokolu xəbərləri porsiyalara bölür. Hər bir porsiya müəyyən ardıcıllıqla yerləşdirilməsi və tam informasiyanın qəbul edilməsi üçün yoxlanılır. Qəbuledici tərəfdə TCP protokolunun proqram təminatı paketi toplayaraq onu düzgün ardıcıllıqla yerləşdirilir. Əgər xəbər qısadırsa TCP protokolundan əlavə UDP-User Datagram Protokolundan istifadə edilir.
Xəbəri ünvana çatdırmaq üçün onu ünvanlaşdırmaq lazımdır. TCP/IP stekində 3 tip ünvandan istifadə edilir: lokal (aparat ünvanıda adlanır), IP (Internet protocol) ünvan və domen adlar sistemi DNS (Domain Name System). İnternet şəbəkəsinə qoşulmuş hər bir kompyuter unikal ünvana malikdir. INTERNET-də verilənlərin ötürülməsi üçün rəqəm İP və işarə tipli ünvanlardan istifadə edilir. Şəbəkə səviyyəsində paketlər İP ünvanlar vasitəsi ilə ötürülür. Məsələn, 104.24.74.190. Belə yazı IP ünvan adlanır. IP ünvanlar administrator tərəfindən təyin edilir. Ünvanın 1-ci hissəsi şəbəkənin, 2-ci hissəsi isə qovşağın nömrəsini təyin edir. Şəbəkə nömrəsi xüsusi Internet mərkəzinin (Internet Network Informasion Center InterNIC) zəmanəti ilə təyin edilir. Başlanğıc ünvan marşrutizatora kompyuterin hansı şəbəkəyə aid olduğunu göstərir.
Rəqəm ünvanı kompüterlərin mübadiləsi zamanı istifadə olunur. İnsanlar arasında çox zaman işarə tipli ünvanlarından istifadə olunur. Ona görə də şəbəkədə kompyuterlərə adlar mənsub edilir. INTERNET-də
Məs: az- kompyuterlərin ünvanı Domen Name System (DNS) adlanan adların domen sistemindən istifadə olunur. DNS- İnternetdə işləmə prosesində istifadəçilərin işini asanlaşdırır. Bu zaman kompyuterə müraciət edərkən qovşağın rəqəm ünvanlarını yadda saxlamaq lazım gəlmir.
Ümumdünya hörümçək torunda DNS standartı üzrə yazılmış ünvanlar nöqtə ilə ayrılmış bir neçə elementdən ibarət olurlar. Bu elementlər domen adlanır. İşarə ünvanları daha asan yadda qalır. DNS ünvanı üç hissəyə (necə ki, ev ünvanlarında küçə, şəhər, ölkə və s.) bölünür. DNS ünvanın əsas hissəsi birinci səviyyəli domen adlanıb coğrafı zona və ya sahə üzrə klasifikasiya olunur.



Download 1,89 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Download 1,89 Mb.