• Modem nədir
  • İnternet şəbəkəsinə qoşulma üsulları, modemlər haqqında




    Download 1,89 Mb.
    bet12/32
    Sana07.12.2023
    Hajmi1,89 Mb.
    #113034
    TuriDərs
    1   ...   8   9   10   11   12   13   14   15   ...   32
    Bog'liq
    Kitab

    İnternet şəbəkəsinə qoşulma üsulları, modemlər haqqında

    Kompyuter şəbəkələri arasında əlaqələr: telefon xətləri, elektrik kabelləri, optik lifli kabel və radio əlaqə vasitəsilə yerinə yetirilir. Əlaqə xəttinin əsas göstəricisi informasiyanın maksimal ötürülməsi surətidir Əsasən ucuz qiymətə başa gəldiyi üçün telefon xətlərindən istifadə edilir.


    Qovşaq kompyuterlərarası əlaqə üçün telefon xətlərindən və ya radioəlaqədən istifadə edilir. Şəbəkənin əlaqələndirdiyi kompyuterlər bir-birindən uzaq olmadıqda onları kabellərlə birləşdirmək olar .Son illər İnternet şəbəkəsində sputnik radioəlaqədən istifadə olunur.



    Əsasən abonentlər şəbəkəyə öz provayderlərini telefon xətti ilə əlaqələndirməklə qoşulurlar. İnformasiyaları əlaqə kanalı ilə ötürmək üçün onu əlaqə xəttində ötürülən siqnallar formasına çevirmək lazım gəlir. Bunu yerinə yetirmək üçün kompyuterə xüsusi qurğu – şəbəkə adapteri qoşulur. Kabeli və ya optiklifli adapterlərdən istifadə olunur. Adapter ana platanın üzərində yerləşdirilir və kabellər vasitəsilə digər kompyuterin adapteri ilə əlaqələndirilir.Telefon xətləri ilə əlaqələnən qlobal şəbəkələrdə modemdən istifadə olunur.


    Modem nədir? Modem telefon xətti vasitəsi ilə lokal kompyuter şəbəkəsini və ya ayrıca kompyuterləri qlobal şəbəkəyə qoşan qurğudur. Modem sözü “modulyator/demodulyator” söz birləşməsinin qısa forması kimi yaranmışdır və rəqəmsal informasiyanı analoq siqnalların köməyi ilə, onların bir neçə (tezlik, ampilitud. faza) xarakteristikalarını dəyişməklə ötürən müxtəlif qurğular üçün istifadə olunur. Kompyuter telefon xətti vasitəsi ilə informasiya mübadiləsinə girmək istəyirsə, bu zaman informasiyanı telefon xəttindən qəbul edib rəqəmsal formaya salan qurğuya ehtiyac duyulur. Kompyuterlərlə telefon xətti arasında birbaşa əlaqə yaratmaq mümkün deyil. Çünki, kompyuter yalnız rəqəmsal informasiya ilə işləyir, telefon xətti isə analoq impulslar ötürə bilir. Bu qurğular Modem adlanır.



    Modemlər ayrı-ayrı şəbəkələri birləşdirmək və əksər hallarda evlərdən internetə qoşulmaq məqsədi ilə istifadə edilir. Modemin çıxışında informasiya modulyasiya olunur, girişində isə demodulyasiyaya uğrayır.
    Modemin vəzifəsi-kompyuterdən gələn rəqəmsal siqnalları telefon xəttinin istifadə edə biləcəyi aralıqda olan analoq siqnallara çevirməkdir.
    Modem kompyuterləri telefon xətti vasitəsi ilə informasiya mübadiləsində olmağa imkan verən qurğudur. Modemin əsas xarakteristikası verilənləri ötürmə sürətidir. Modem vasitəsilə verilənlərin ötrülməsi protokollar dəsti vasitəsilə həyata keçirilir. Modemlərdəki protokollar 3 əsas yerə bölünür:

    1. Verilənləri ötürən və modulyasiya edən protokollar

    2. Səhvləri düzəldən protokollar

    3. Ötürülən verilənləri sıxan protokollar

    Konstruksiyasına görə modemlər 2 yerə bölünür; daxili və xarici.

    Download 1,89 Mb.
    1   ...   8   9   10   11   12   13   14   15   ...   32




    Download 1,89 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    İnternet şəbəkəsinə qoşulma üsulları, modemlər haqqında

    Download 1,89 Mb.