• E-mail ) - Telekonfrans (Use Net ) - Uzaqda yerləşmiş terminalların emalı sistemi (Tel Net ) - İkilik say sistemindəki faylların axtarışı və ötürülməsi (FTP
  • Elektron poçt
  • USENET
  • İnternetin xidmət növləri




    Download 1,89 Mb.
    bet18/32
    Sana07.12.2023
    Hajmi1,89 Mb.
    #113034
    TuriDərs
    1   ...   14   15   16   17   18   19   20   21   ...   32
    Bog'liq
    Kitab

    İnternetin xidmət növləri


    İstifadəçinin İnternetə qoşulması müxtəlif üsullarla yerinə yetirilə bilər. Bu üsullar bir-birindən baha və ya ucuz olmasına, rahatlığa və göstərilən xidmətlərə görə fərqlənir. Bu üsullar aşağıdakılardır:


    - Elektron poçt (E-mail)
    - Telekonfrans (Use Net)
    - Uzaqda yerləşmiş terminalların emalı sistemi (Tel Net)
    - İkilik say sistemindəki faylların axtarışı və ötürülməsi (FTP)
    - Hipermətnə istinad etməklə sənədlərin axtarışı və ötürülməsi (WWW və ya Ümumdünya hörümçək toru)
    - Netmettinq
    - İRC (İnternet Relay Chat) və s.
    Bu üsullar müxtəlif vaxtlarda yaranıb, onlardan hər birinin öz imkanları var və onlar informasiya mübadiləsi protokoluna görə bir-birindən fərqlənir.
    1) Elektron poçt- bu internet şəbəkəsinin ixtiyari abonenti ilə poçt vasitəsilə əlaqə vasitəsidir. Elektron poçt-adi poçt kimi, abonentin coğrafi yerləşməsindən asılı olmayarq, dünyanın istənilən nöqtəsinə məlumatları elektron formada çatdırmağa imkan verir. Elektron poçt adi poçtdan daha əlverişlidir, çünki məktubu göndərmək üçün poçt qutusuna getmək lazım gəlmir, məktub daha tez çatır, ucuz başa gəlir.
    2) USENET-İnternetdə çox geniş yayılmış xəbərlər qrupudur. Onun telekonfrans və ya elektron elanlar lövhəsində adlandırırlar.
    3) TelNet-bu xidmət növü internetə qoşulmuş ixtiyari kompyuterə uzaq məsafədən qoşulmanı təmin edir. Bu uzaq məsafədə yerləşən müxtəlif adamların eyni layihə üzərində işləməsini təmin etmək üçün istifadə edirlər
    4) FTP-(faylların ötürülməsi protokolları). Bu xidmət növü eyni adlı protokol əsasında fəaliyyət göstərir və İnternetdə fayl mübadiləsini təmin edir. Bu xidmət növündən ilk növbədə proqram məhsullarının əldə olunması və yayılması üçün istifadə olunur. Belə ki, yaratdığınız proqram məhsulunun özünü və “nümayiş-demo” versiyasını FTP serverlərində yerləşdirməklə, onun satışını və yayılmasını təmin edə bilərsiniz.
    5) WWW –xidməti. Bu şəbəkə resurslarının təşkil olunmasının ən müasir vasitəsidir. Bu xidmət vasitəsilə bütün mövzularda informasiya əldə etmək olar. O informasiyanın hipermətn şəklində təsvir olunmasına əsaslanmışdır. WWW-nin son məqsədi şəbəkə resurslarını (fayllar, mətnlər, verilənlər bazası, proqram serverlər) ümumi bir şəkildə birləşdirib vahid ümumdünya hipermətn şəklinə salmaqdır. Hipermətn həmin sənədin digər hissəsinə, digər sənədlərə, qeyri-mətn təbiəti digər obyektlərə istinad edən mətn, həmçinin bu cür mətn oxumaq, nəzarət etmək, şəkillərin təsvirini əks etdirmək, səs və video əlavələri yenidən səsləndirmək imkanına malik sistemdir. Hər bir Web səhifəyə keçmək üçün onun ünvanını yazmaq lazımdır.
    Netmettinq- bu xidmət növü məsafədən asılı olmayaraq istifadəçilər arasında səs, mətn, video formasında informasiya mübadiləsini, diaqram, qrafiklər, proqramlarla birgə işi təmin edir. Bu xidmət növündən video konfransların keçirilməsində, bir sıra televiziya kanalları, xəbərlər verilişlərində, hadisə yerlərində olan müxbirlərlə “canlı video” əlaqə yaratmaq üçün, “tele-körpü” adlanan verilişlərdə istifadə edilir.

    Download 1,89 Mb.
    1   ...   14   15   16   17   18   19   20   21   ...   32




    Download 1,89 Mb.