• Mozilla, Opera, Safari
  • Brauzerlərlə iş.(İnternet Explorer, Opera, Mozilla və s.)




    Download 1,89 Mb.
    bet26/32
    Sana07.12.2023
    Hajmi1,89 Mb.
    #113034
    TuriDərs
    1   ...   22   23   24   25   26   27   28   29   ...   32
    Bog'liq
    Kitab

    Brauzerlərlə iş.(İnternet Explorer, Opera, Mozilla və s.)

    İnternetin resurslarına müraciyət edən proqramlar - brauzerlər (ingiliscə nəzər yetimə) yaradılmışdır. İlk brauser 1993-cü ildə İllinoys Universitetinin Superkompüter Proqramlarının Milli Mərkəzində Mark Andrissenin başçılıq etdiyi proqramçılar qrupu Mozaic brauzerini yaratdılar. 1994-cü ildə Netscape Communications şirkəti Netscape Navigator brauserini yaratdı. 1995-ci ildə meydana Micrasoft Internet Explorer çıxdı. Hazırda Internet Explorer dünyada ən çox istifadə edilən brauzerdir. Tanınmış brauzerlər içində Mozilla, Opera, Safari də vardır. Brauzer Veb sənədlərin əsas formatı olan HTML (Huper Text Markup Language) kodunun dinamik işləməsi və Veb səhifənin göstərilməsini təmin edir. Brauzer – xüsusi kliyent proqramı olub, Veb qovşaqlarda yerləşən informasiyaları və HTML sənədlərini göstərmək üçün nəzərdə tutulub.


    “Microsoft İnternet Explorer” proqramı. Windows ƏS yükləndikdən sonra İnternet Explorer-in işarəsi avtomatik olaraq işçi stolunda və baş menyuda yaranır. İnternet Explorer proqramının əsas panelləri Standart Buttons, Address Bar, Linksdir. Standart Buttons panelində tez-tez müraciət olunan əməliyyatların düymələri yerləşib. Paneldə soldan birinci və ikinci mövqedə uyğun olaraq Back (geri) və Forword (irəli) düymələri yerləşir. Bunların köməyi ilə artıq müraciət etdiyiniz əvvəlki və sonrakı səhifələrə keçə bilərsiniz. Sonra Stop, Refresh (təzələ) düymələri yerləşir. Sonra ev səhifəsi kimi müəyyənləşdirilmiş səhifəni açmaq üçün nəzərdə tutulmuş Home Page (ev səhifəsi) düyməsidir. Ikinci hissədə birinci olaraq Search (axtarış), ondan sonra Favorites (seçilmişlər) daha sonra Media və History düymələri yerləşir. Axırıncının vasitəsilə müraciət etdiyiniz səhifələrə siyahıdan baxa bilərsiniz. Panelin sonuncu hissəsində Mail (elektron məktub), Print (çap), Edit (redaktə) və Discuss (müzakirə) düymələri yerləşir.

    Address bar panelinin isə ünvan yazmaq üçün yeri və bir Go düyməsi var. Links panelində tez-tez müraciət etdiyiniz səhifələrə istinadlar yerləşir.
    Internetdə işləyərkən baxdığınız səhifələrin ünvanları xüsusi bir jurnala qeyd olunur. History (Tarixcə) menyusundan istifadə edərək günlərlə, həftələrlə baxdığınız səhifələrə yenə də baxa bilərsiniz.

    Eyni zamanda baxdığınız səhifələrin müəyyən elementləri də kompyuterinizin sərt diskində müəyyən bir yerə yazılır. Onları vaxtaşırı təmizləmək üçün İnternet Options (İnternet Ayarlar) bəndini seçmək, sonra isə General (Ümumi) pəncərəsində Clear History (Tarixçəni sil) düyməsindən istifadə etmək lazımdır.


    Bəzən web səhifələr çox gec açılır. İnternetin sürəti zəif olduqca bu cür hadisələrlə tez-tez rastlaşmalı olacaqsınız. Bu problemi qismən həll etmək üçün Tools(Alətlər) menyusundan Play sounds (səsləndir), Show pictures(Görüntünü göstər) və Play video(Video göstər) başlıqlarının yanındakı balaca kvadratlardakı işarəni götürün. Bu halda web səhifəyə mətn yüklənəcək, görüntülərin və səslərin yüklənməməsi web səhifənin açılma sqrətini xeyli artıracaqdır. İnternetə daxil olduğunuz zaman həmişə eyni bir səhifəni yükləmək istəyirsinizsə Tools(Alətlər) menyusundan İnternet Options(İnternet ayarlar) bəndini seçmək, sonra isəGeneral(Ümumi) pəncərəsində Address(Ünvan)yerinə həmin səhifənin ünvanını qeyd etmək lazımdır. Bu başlanğıc səhifə və ya ana səhifə(Home page) adlanır.
    İnternet Explorer proqramı ilə işləyərkən kompyuterinizdə siçan qurğusu yoxdursa, onda əlaqədar əmrləri icra etmək üçün klaviaturdan istifadə etmək lazım gəlir. Klaviaturda aşağıdakı düymələri sıxmaqla İnternet Explorer-nin əlaqədar əmrlərini sürətlə yerinə yetirə bilərik:
    1   ...   22   23   24   25   26   27   28   29   ...   32




    Download 1,89 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Brauzerlərlə iş.(İnternet Explorer, Opera, Mozilla və s.)

    Download 1,89 Mb.