İnformasiya axtarış sistemləri. WWW–da informasiya axtarış vasitələri




Download 1,89 Mb.
bet28/32
Sana07.12.2023
Hajmi1,89 Mb.
#113034
TuriDərs
1   ...   24   25   26   27   28   29   30   31   32
Bog'liq
Kitab

İnformasiya axtarış sistemləri. WWW–da informasiya axtarış vasitələri

Internet haqqında geniş yayılmış belə bir fikir var.


-İnternetdə demək olar ki, hər şey var.
Ancaq bu hər şeyin içindən konkret nə isə tapmaq demək olar ki, mümkün deyil. Həqiqətən də internetdə çox böyük həcmdə informasiya toplanıb. Bu qədər informasiyanın içindən axtardığın konkret məlumatı tapmaq üçün nə axtardığını dəqiq bilməklə yanaşı, bunu axtarış sistemlərinə də verməlisən. Internet nəhəng kitabxanadır. Bütün kitabxanalarda olduğu kimi burda da axtarış aparatlarından istifadəni bacarmaq lazımdır. WWW-nin köməyi ilə internetdəki informasiya və xidmətlər qovluğu artıq onlarla clid kitab həcmini keçmişdir. Bəlkə də İnternetin ən lazımlı cəhəti onda axtarış serverlərinin olmasıdır. Bunlar bütün şəbəkədəki resursları tapıb onları indeksləməyi bacaran ayrılmış kompyuterlərdir. Bundan sonra sizi maraqlandıran mövzuya dair açar sözü, ifadəni yazıb serverə göndərirsiniz. O isə öz növbəsində, bu sözlərə uyğun gələn saytların siyahısını sizə təqdim edir. Internetdə nəsə axtarıb tapmağın ən asan yolu budur. İnternetin ən məhşur axtarış sistemi “AltaVista”-nın saytıdır.
İnternetdə axtarış aparmağın digər üsulu da axtarış qovluqlarından istifadədir. Qovluqlarda mövzulara görə ayrılmış şəbəkə resurslarına, əsasən də WWW-sənədlərə istinadlar yığılır. Bu istinadlar avtomatik olaraq yığılmır, hər qovluğun inzibatçısı tərəfindən həyata keçirilir. Bu da istifadəçilər üçün rahatlıq yaradır. Belə ki, artıq bütün internetdə deyil, konkret mövzuya aid qovluqda aparılan axtarış daha səmərəli olur. İnternet qovluqlarda işləyən axtarış saytları əlavə xidmətlərdə göstərir: açar sözə görə axtarış, son daxil olunmuş resursların siyahısı, təsadüfü istinadların siyahısı, yeni daxil olan resurslar haqqında emailə xəbər göndərmək və s. Bu üsulla işləyən axtarış saytlarından ən məhşuru yahoo.com. saytıdır.
Axtarış səhifələrinin hər birində ətraflı axtarış Linki mövcuddur. Bu istinaddan adətən o zaman istifadə edilir ki, axtarılan mövzu haqqında informasiya həddindən çox olur. Bu zaman ətraflı axtərışın köməyilə verilən şərtləri daha da konkretləşdirərək çoxlu resurslarının içərisindən verilən şərti ödəyənləri tapmaq olur.Ətraflı axtarış zamanı əsasən resursların hansı dildə olması, açar sözlərin səhifə başlığında, altbaşlıqda, yoxsa bütün səhifədə axtarılması, hansı domen saytlarda axtarmalı (.com,.org.az) əgər şəkil axtarılarsa, onun tipi, rəngli olub olmadığı göstərilir. Bu göstərilənlərdən istədiyiniz üzrə axtarışı davam etdirə bilərsiniz. Bunun üçün onları qeyd və ya seçib “Axtar” (Search) düyməsini vurmaq lazımdır. Buna misal Google saytını göstərmək olar.
Müxtəlif axtarış sistemlərində axtarış nəticələrinin müxtəlifliyinin səbəbi həm onların axtarış alqoritmlərinin müxtəlifliyi, həm də axtarışı həyata keçirmək üsullarının fərqliliyidir.
İnternetdə axtarış axtarış mexanizmləri və axtarış qovluqları vasitəsilə aparılır. Məsələ ondadır ki, axtarış mexanizmlərində resursları serverin verilənlər bazasına robortlar yığır, axtarış qovluqları üsulu ilə işləyən sistemlərdə isə resursları serverin verilənlər bazasına sistemin inzibatçıları yığır. Bu səbəbdəndir ki, axtarış mexanizmlərində resurs daha çox olur, ancaq onların arasında lazımsızların sayı da həddən artıq çox olur. Lakin axtarış qovluqları ilə işləyən (Yahoo.com) axtarış sistemlərində resurslar sayca az olsa da, lazım olan resurslar da çox olur.

Download 1,89 Mb.
1   ...   24   25   26   27   28   29   30   31   32




Download 1,89 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



İnformasiya axtarış sistemləri. WWW–da informasiya axtarış vasitələri

Download 1,89 Mb.