• İnternetdə axtarış üçün sadə sorğuların formalaşdırılması qaydaları.
  • Sənədin başliği




    Download 1,89 Mb.
    bet29/32
    Sana07.12.2023
    Hajmi1,89 Mb.
    #113034
    TuriDərs
    1   ...   24   25   26   27   28   29   30   31   32
    Bog'liq
    Kitab

    Axtarış sistemləri vasitəsi ilə İnternetdə istifadəçi lazım olan informasiyanı əldə edə bilər. Yandex, Rambler, Google, AltaVista, Yahoo və s. axtarış sistemlərini misal göstərmək olar. İstifadəçi İnternetin bir sıra axtarış proqramlarından (axtarış serveri, axtarış sistemləri) istifadə edə bilər. Belə sistemlər müntəzəm olaraq işləyirlər. Xüsusi proqramların köməyi ilə Web serverlər şəbəkədə məzmunla bağlı məlumatlar toplayır.
    Aşağıda axtarış serverlərin ünvanları verilir:
    http://www.rambler.ru
    http://www.yahoo.com
    http://www.yandex.com
    http://www.google.az

    İstifadəçi İnternetdə hər hansı bir informasiyanı axtarırsa axtarış sistemlərində açar sözləri daxil etməlidir. Axtarış bir söz, bir neçə söz və ya ifadə üzrə icra olunur.




    İnternetdə axtarış üçün sadə sorğuların
    formalaşdırılması qaydaları.

    Sorğunun axtarış əlamətləri nə qədər düzgün və dəqiq formalaşdırılırsa, o qədər dəqiq nəticə alınır. Məs: WindowsXP- də aşkara çıxan səhvlər haqqında informasiya almaq istəyiriksə, sorğunu “ошибка WindowsXP” kimi yazmalıyıq. Bunu sadəcə olaraq WindowsXP kimi yazmaq olmaz.


    İnternetlə yenicə işləməyə başlayan əksər istifadəçilər axtardıqları mövzuya dair “açar” sözləri adi formada yazırlar. Bununlada onlar nəticə ala bilmirlər, ya da sorğuya bilavasitə aid olmayan minlərlə adda veb sənəd alırlar. Onlar lazımı sənədləri seçmək üçün saatlarla vaxt sərf edir, bəzəndə çaşıb qalırlar. Məs: tutaq ki, bizi “компьютерные игры” mövzusu maraqlandırır. Əgər müəyyən axtarış sisteminin tələb etdiyi qaydaları nəzərə almasaq, həmin axtarış sistemi sözlərin ayrılıqda hər biri və eyni zamanda onların hər ikisi yanaşı işlənən Veb səhifələri bizə verəcəkdir. Bu zaman biz sorğuya aid olmayan minlərlə adda lazımsız Veb səhifə almış oluruq. Belə kı, “игры” sözü ilə sxtarış bizə onlarla müxtəlif idman oyunları haqqında Veb- səhifələr verir. Bu isə təbii ki, bizə lazım deyıl.
    Boşluqla (probellə) ayrılan “açar” sözlərin hər biri və kombinasiyası ilə axtarış aparmağa imkan verən axtarış sistemlərinə misal olaraq AltaVista, Goto, Yahoo və s.- ni ğöstərmək olar. Əgər sorğuda yazdığınız açar sözlərin hamısı iıə əlaqəli formada axtarış aparmaq istəyirsinizsə, onda hər sözün əvvəlinə “+” işarəsi qoymalısınız.
    Toplama məntiqi əməliyyatı ilə axtarış aparmağı ən yaxşı təmin edən axtarış sistemləri Rusdilli sistem olan Yandex, Aport sistemidir. Əgər axtarışı rusdilli axtarış sistemi olan Rambler ilə aparırsınızsa, hər sözün əvvəlinə bayraq atılmalıdır. Əgər + işarəsi qoyularsa, Rambler sorğuya cavab verən sənədləri uyğunluq, dəqiqlik səviyyələrinə görə reytinqləşdirir. Əgər hər hansı sözə dair sənədləri almaq istəmiriksə onda verilmiş sorğuda “-” işarəsi yazılır.
    Veb- sənədlərin sərlövhələri üzrə axtarışda geniş yayılmışdır. Sərlövhələr üzrə axtarış aparmaq istəsək title əmrini sorğunun əvvəlinə yazıb iki nöqtə qoymalıyıq.
    Sadə axtarış üsulları ilə yanaşı, genişləndirilmiş yəni çoxcəhətil axtarış üsullarıda tətbiq edilir. Bu üsullar sorğuları daha dəqiq formalaşdırmağa imkan verir, lakin müəyyən təcrübi vərdişlər tələb edir. Mürəkkəb (genişləndirilmiş) axtarış əmrləriməntiqi operatorlar vasitəsilə icra edilir və əsasən peşəkarlar, yəni ixtisaslı informatiklər üçün hesablanmışdır.Mürəkkəb axtarış əmrlərindən biri OR (или) adlanan məntiqi operator əsasında qurulur. Bu əmri sorğuda istifadə etdikdə verilmiş “açar” sözlərdən hər biri və onların istənilən kombinasiyası ilə axtarış aparmaq olar.Rusdilli axtarış sistemlərindən Aport həm OR, həm də ИЛИ əmrini dəstəkləyir, yəni bunların hər ikisindəndə istifadə etmək olar. Rambler də OR və ya “/” işarəsini, Yandex isə ancaq “\” işarəsini qəbul edir.



    Download 1,89 Mb.
    1   ...   24   25   26   27   28   29   30   31   32




    Download 1,89 Mb.