|
Web-sayt-yaradılması texnologiyası
|
bet | 31/32 | Sana | 07.12.2023 | Hajmi | 1,89 Mb. | | #113034 | Turi | Dərs |
Bog'liq KitabWeb-sayt-yaradılması texnologiyası
Web-saytın təsnifatı.
İnternetdə olan informasiya istifadəçilərə xüsusi proqramlarla təmin edilmiş kompyuterlər vasitəsilə çatdırılır. Bu informasiyanın böyük hissəsi Web-sayt şəklindədir.
Web-sayt- Web serverlərdə yerləşən, öz adı olan və müəyyən formada təqdim edilən informasiyadır. Web-saytlara baxmaq üçün brauzer adlanan proqramlardan istifadə edilir. Daha çox yayılmış brauzerlərdən “İnternet Explorer” və “Netcape navigator”-u misal göstərmək olar.
Web-sayt bir-biri ilə əlaqəli bir neçə Web-səhifədən ibarətdir.
Web-səhifə-*.htm genişlənməli mətn faylıdır. Bu faylda mətn informasiyası və bu informasiyanın brauzerin pəncərəsində neçə təsvir olunduğunu müəyyənləşdirən HTML kodları yerləşir. Bütün qrafiki, audio-videoinformasiya Web-səhifəyə daxil olmur və ayrıca *.gif, *.jpg. *.mid, *.mp3, *.avi genişlənməli fayllar şəklində olur. HTML kodunda yalnız bu fayllara aparan yol göstərilir.
Beləliklə: Web-sayt- Web serverdə yerləşən, fərdi ünvana malik və bir-biri ilə hipermətn əlaqəsində olan Web-səhifələrdən ibarət informasiya resursudur. Hal-hazırda internetdə bir neçə milyon Web-sayt var və bunların sayı durmadan artır. Informasiya saytlarına-təhsil müssələrinin, maraq biliklərinin, firmaların və s. saytları aiddir.
Web-saytın yaradılması mərhələləri: İstənilən Web-sayt yaradılarkən əsas məsələ saytın strukturunun dəqiq təşkili və informasiya ilə təmin edilməsidir. Başqa sözlə, ilk olaraq Web-saytın informasiya modeli yaradılmalıdır.
Web-saytın yaradılması mərhələləri: planlaşdırma, realizə, testləmə (yoxlama), yayımlanması, reklametmə, müşayiət etmə və s.
Planlaşdırma mərhələsi Web-saytın yaradılmasında ən əhəmiyyətlisidir. Planlaşdırma mərhələsində aşağıdakılar müəyyənləşir.
Web-saytın yaradılması məqsədi (hansı tapşırıqları yerinə yetirməlidir və hansı auditoriya üçün nəzərdə tutulub).
2) Tərkibinin xarakteri.
3) Strukturu.
4) Tərtibatın xüsusiyyətləri.
Hər bir səhifəni üç parametrə görə qiymətləndirmək olar:tərkibi, xarici görünüşü və naviqasiyasıilə.
Realizə mərhələsi-saytın yaradılması üzrə işə başlama mərhələsidir. Bu mərhələdə mətn və qrafik informasiyanın yaradılması həyata keçirilir. Materiallar strukturuna uyğun olaraq fayllar üzrə bölünür, saytın faylları arasında istinadlar yaradılır.
|
| |