Web sayt. Web saytların yaradılması texnologiyası




Download 1,89 Mb.
bet30/32
Sana07.12.2023
Hajmi1,89 Mb.
#113034
TuriDərs
1   ...   24   25   26   27   28   29   30   31   32
Bog'liq
Kitab

Web sayt. Web saytların yaradılması texnologiyası
(“Microsoft Frontpage”)

Web- serverdə verilənlər bölməsi olub, hər hansı təşkilat və şəxsə aiddir. Bu bölmədə istifadəçi özünün informasiyalarını Web-səhifə ilə əlaqəli çoxluq şəklində yerləşdirir. Saytın titul səhifəsindən istifadə edərək göstərici ilə onun müxtəlif səhifələrinə baxmaq olar.


Web-serverə müraciət edərək istənilən sahifəni tapmaq və onu ekrana çıxarmaqdır. Lazım olan informasiyanı İnternetdən almaq üçün ən sadə üsul axtarılan resursun ünvanını göstərməkdir. İnformasiyanı internetdə saxlamaq üçün URL (Uniform Recource Locator)- universal ünvanlarından istifadə edilir. URL- ünvanı iki hissədən ibarətdir: 1-ci (sol) hissə istifadə olunan protokolu göstərir; 2-ci (sağ) hissə şəbəkənin (uyğun serverin adı) hansı yerində resursların verildiyini bildirir. Bu hissələr bir-birindən iki nöqtə ilə ayrılır.
Məsələn,
http://serverin adı/yol/fayl;
Ünvanlarda sol tərəfində http: //- W W W-də müraciəti göstərir. Bu Hyper Text Transfer Protocol - hipermətn ötürmə protokolu kimi oxunur.Bu tip əlaqələri istənilən W W W serverə müraciət edərkən göstərmək lazımdır.
Bu gün insanlar İnternet dedikdə ilk növbədə WWW nəzərdə tutulur. Əslində Web İnternet xidmətlərindən biridir. İnternetdə ilk xidmətlərindən fərqli olaraq Web özündə mətn, görüntü, səs, videoklip, animasiya kimi multimedia elementlərini və hətta birbaşa efirdə xəbərlər və konsertlərin yayımını birləşdirir. WWW İnternetin əsas xidmətlərindən biridir. Monitorun seçilmiş sahəsində mausun düyməsini basmaqla bir sənəddən və ya kompyuterdən digərinə keçməyə imkan verir.WWW-nin proqram təminatından istifadə edərək kompyuterlərin manitorunda mətnlər, qrafiki təsvirlər, video-audio informasiya meydana çıxır. Web-İnternetin geniş resurslarına, şəkil, musiqi kliplərinə və filmlərə müraciəti təmin edir.Web digər sistemlərdən fərqi olaraq iki xüsusiyyətə malikdir.Bu multimediya hiper-müraciətinin interaktiv vasitəsidir. Başqa sözlə desək, «multimediyanın interaktiv vasitəsi» - Web sistemi sənədlərə, qrafiklərə, fotoşəkillərə, audio və video yazılara və s.müxtəlif resurslara müraciəti təmin edərək, onları kompyuterə , stereo səs gücləndiricilərinə çıxmasını təmin edir.
Hipermüraciət - İnternetin müxtəlif resursları arasında müraciətdir.
World Wide Web (Dünya Hörümçək toru) sözü haradan meydana gəlmişdir . World Wide (dünyəvi) - Web kompyuterlər Internetə qoşularaq bütün dünyanı təmir edir. Web - ( hörümçək toru) kimi bu kompyuterlərdə informasiyanı birləşdirir.
Web - qlobal multimediya kommunikasiya sistemi olaraq, informasiyanın ötürülüməsinin yeni üsuludur.
Hipermətn - hipermüraciətləri istifadə edən elektron sənəddir. İstənilən növ sənəd, biznes plan və yaxud bədii əsər və s. hipermətn ola bilər. Hipermətnlərdə hər hansı bir söz ilə digər bir infomsiya mənbəyi arasında əlaqə (hipermüraciət) yaradıla bilər . Hipermüraciyət mətndə izahı tələb oluna bilən sözlər olurlar. Onlar elektron sənəddə seçilirlər (diqər rənqlə, qalın şriftlə və s.). İstifadəçi kursoru həmin sözün üzərinə yerləşdirdikdə kursor əl formasına çevrilir. Bu zaman mausun sol düyməsini basdıqda istifadəçi hipermətnə müraciət edir, həmin sözlə əlaqədar informasiya əldə edir.
Hipermediya - hipermətnin geniş imkanlı formasıdır. Hipermediya sənədi qrafika , foto, audio və video yazılar ilə canlandırır. Əlbəttə ki, hər hansı bir şəxs tarixi abidə, elmi əsər və s. haqqında Web səhifə yaratdıqda onun istifadə etdiyi qrafika, şəkil , musiqi həmin sənədi daha effektiv edir . Web-in geniş proqram təminatı imkan verir ki, hipermediya sənədi digər kompyuterlərdə qorunaraq, müxtəlif müəlliflər tərəfindən yaradılmış sənədə müraciəti təşkil etsin. Məsələn, müəllif hipermətnlə məqalə yaradır. Bu zaman həmin məqaləyə, digər mənbələrdən müraciət edilir. Həmin müraciət vasitəsilə müxtəlif ölkələrdə yerləşən kompyuterdəki hipermətnlər arasında əlaqə yaralıdır.



Download 1,89 Mb.
1   ...   24   25   26   27   28   29   30   31   32




Download 1,89 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Web sayt. Web saytların yaradılması texnologiyası

Download 1,89 Mb.