Elektron poçt, Elektron poçtda ünvanlaşdırma




Download 1,89 Mb.
bet21/32
Sana07.12.2023
Hajmi1,89 Mb.
#113034
TuriDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   32
Bog'liq
Kitab

Elektron poçt, Elektron poçtda ünvanlaşdırma

Elektron poçt-İnternet şəbəkəsinin ixtiyari abonenti ilə poçt vasitəsilə əlaqə vasitəsidir. Bu halda həm mətn, həm də ikilik faylların ötürülməsi mümkündür. Faylların ölçülərinə isə İnternetdə məhdudiyyətlər qoyulur. Çox vaxt bu ötürücü kanalları buraxma qabliyyətinin aşağı olması ilə əlaqədərdir.


Hazırda e-mail ən geniş yayilmış rabitə xidmətidir . Elektron poçtla siz dünyanın müxtəlif yerlərindəki insanlarla əlaqə qura bilərsiniz. İnsanlar bu xidmətdən məktub , telefon, yaxud faks əvəzi istifadə edirlər. Elektron poçtu uzaq məsafəyə xəbərlərin ötürülməsini təmin edir.

Elektron poçtu vasitəsilə Internetdə informasiya göndərilir və əldə edilir. Internetin bu xidməti vasitəsilə müxtəlif ölkələrdə milyonlarla insan arasında informasiya mübadiləsi baş verir. Elektron poçtundan faylların, proqramların ötürülməsi üçün də istifadə olunur. Internetin xidmətləri arasında elektron poçtu ilə əlaqə yaratmaq ən ucuz başa gəlir. Elektron məktub hazırlamaq üçün istifadəçi off-line rejimində işləyir. O, poçt müştəri – proqramının köməyi ilə məktubun mətnini formalaşdırır, alıcının ünvanını göstərir və məktuba müxtəlif əlavələr edir. Bundan sonra istifadəçi on-line rejiminə keçir, daha dəqiq desək poçt-serveri ilə əlaqə yaradır və məktubun göndərilməsi üçün onu poçta yerləşdirmək əmri verir. Hazırlanmış məlumat serverə ötürülür və məktubu alan istifadəçi fərdi kompyuterində öz ünvanına baxmaqla onu qəbul edir. Poçt qutusundan alınmış məktub ya ləğv edilir, ya da saxlanılır. Poçt serveri periodik olaraq abonentlərin qutularına baxır, daxil olmuş məlumatların göndərilməsini təşkil edir. MAİL və Outlook Express populyar elektron poçt müştəri proqramlarından istifadə olunur.


Elektron poçtun üstün cəhətləri aşağıdakılardır:
-Elektron poçt vasitəsilə məktub daha sürətli çatdırılır.
-Ucuz başa gəlir.
-Bir neçə ünvana göndərmək üçün nüsxə yaratmaq lazım gəlmir.
-Yazılmış məktubda yenidən düzəliş etmək daha asandır.
-Kompyuterin yaddaşında daha çox məktub saxlamaq mümkündür.
-kağıza qənaət edilir və s.



Download 1,89 Mb.
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Download 1,89 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Elektron poçt, Elektron poçtda ünvanlaşdırma

Download 1,89 Mb.