Ulduzvari topologiyalı lokal şəbəkələr
Ulduzvari topologiyalı lokal şəbəkələr mərkəzi qovşaq üzərində qurulur.(Şəkil 3.) Hər bir kompyuter mərkəzi qovşaq ilə ayrıca xətlə birləşdirilir. Kompyuterlər arasında informasiya mübadiləsi mərkəzi qovşaq vasitəsi ilə həyata keçirilir.
Ulduzvari topologiyalı lokal şəbəkələrin əsas üstün cəhətləri kompyuterlərarası mübadilənin sadə olmasıdır. Bu şəbəkələrin çatışmayan cəhəti isə şəbəkənin etibarlılığının mərkəzi qovşağın etibarlılığından asılı olmasıdır. Ulduzvari topologiyalı lokal şəbəkəyə nümunə olaraq Ethernet 10 BASE-T, 100 BASE-T şəbəkələrini göstərmək olar. Burada 10 və 100 - şəbəkənin sürətini (Mbit/san) göstərir.
Praktikada digər topologiyalardan da (ağacvari, qarışıq) istifadə oluna bilər.
Qarışıq topologiya
Bu və ya digər topologiyanın seçilməsi kompyuter şəbəkəsinin tətbiq sahəsindən, kompyuterlərin coğrafi yerləşməsindən və bütövlükdə şəbəkənin ölçülərindən və s. asılıdır. Bundan əlavə, lokal şəbəkənin topologiyasını seçərkən, qiymət, etibarlılıq və s. kimi vacib göstəricilərə də diqqət edilməlidir.
Hal-hazırda kabelsiz lokal kompyuter şəbəkələri də tətbiq edilir. Bu şəbəkələrdə radio modemlərdən (adapterlərdən) istifadə edilir. Bu zaman kompyuterlərarası informasiya mübadiləsi kabellərlə yox, radio kanallar vasitəsi ilə həyata keçirilir.
Son zamanlar bir bina (və ya bir otaq) içərisində mövcud elektrik şəbəkəsindən istifadə edilərək lokal kompyuter şəbəkələr qurulması üçün proqram və texniki vasitələr işlənilmişdir.
Lokal şəbəkələrdə istifadə olunan kabellər
Lokal kompyuter şəbəkələri istənilən strukturda “topologiyada”qurula bilər. Əksər hallarda lokai şəbəkədə ayrı- ayrı kompyuterlərdən və çap qurğularından ibarət olan avtomatlaşdırılmış işçi yerləri (AİY) yaradılır. Avtomatlaşdırılmış işçi yerləri yüksək sürətli ötürmə kanalı vasitəsilə əlaqələndirilir. AİY-i üçün yüksək sürətli ötürmə kanalları kimi kabellərdən istifadə edilir.
Lokal şəbəkələrdə aşağıdakı tip kabellər istifadə olunur:
|