• Elektron imza. Elektron imza sertifikatı. Azərbaycanda elektron imza……….. haqqında qəbul edilmiş dövlət proqramı............................................................
  • Sənədin başliği




    Download 1,89 Mb.
    bet3/32
    Sana07.12.2023
    Hajmi1,89 Mb.
    #113034
    TuriDərs
    1   2   3   4   5   6   7   8   9   ...   32
    Bog'liq
    Kitab

    Distant təhsil..........................................................................................................
    Elektron hökumət. Elektron vətəndaş. Inkişaf perspektivləri. Elektron
    hökumətdə vətəndaşların IT bacarıqlarının inkişaf perspektivləri..................
    Elektron imza. Elektron imza sertifikatı. Azərbaycanda elektron imza………..
    haqqında qəbul edilmiş dövlət proqramı............................................................


    Giriş

    İnsanlar arasında informasiya mübadiləsi həmişə gündəlikdə durmuşdur. Əvvəlcə bu mübadilə müxtəlif hərəkətlərlə, səslərlə, bir-birindən uzaq məsafədə olduqda isə yazılı şəkildə qurulmuşdur. Bu rabitə əlaqələri inkişaf etdirilərək teleqraf, telefon və s. kimi texniki vasitələrin yaradılmasına səbəb olmuşdur. Kompyuter texnologiyasının inkişafı ilə əlaqədar olaraq rabitə əlaqələri yeni mərhələyə qədəm qoymuş, sonda İnternet şəbəkəsinin yaranmasını qaçılmaz etmişdir. Bu isə bütün dünyada insanlar arasındakı əlaqəni dahada yüksək mərhələyə qaldırmışdır.


    Azərbaycanda informasiyalaşmış cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal informasiya mühitinin yaradılması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (məsafədən təhsilalma, elektron ticarət, tele iş, elektron demokratiya, elektron hökumət və s.) meydana gəlməsi, informasiya və bilik bazarının yaradılması, müxtəlif səviyyədə informasiya mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarının tam təmin edilməsi və s. aiddir.
    Kompyuterlərin yaradılması insan cəmiyyətinin inkişafında ən böyük rol oynayan elmi nailiyyətlərdən biridir. Artıq kompyutersiz həyatı və fəaliyyəti düşünmək çox çətindir. Ona görə kompyuter texnikasının tətbiqi ilə bağlı prosesləri idarə edən və onların geniş imkanlarını tətbiq etməyi bacaran mütəxəssislərə ehtiyac var. “Kompyuter şəbəkəsi, İnternet və Multimedia ” fənni üzrə (orta ixtisas məktəblərinin tələbələri üçün) nəzərdə tutulmuş dərs vəsaitin yazılmasında əsas məqsəd tələbələrdə bu sahələrdə olan boşluğu aradan qaldırmaqdan ibarətdir.Dərs vəsaiti “Kompyuter şəbəkəsi, İnternet və Multimedia” fənni üzrə proqram əsasında hazırlanmışdır. Dərs vəsait sadə, anlaşiqlı dildə yazılmış və bundan hər bir kompyuter istifadəçisi faydalana bilər.
    Kompyuter şəbəkələri lokal, regional və qlobal şəbəkələr formasında geniş yayılmışdır. Lokal şəbəkə - idarənin, müəssisənin informasiya sistemlərinin əsasını təşkil edir. Regional şəbəkə daha uzaq məsafədə yerləşmiş kompyuterlər arasında yaradılır. Bir çox ölkələri, qitələri, bütün dünyanı əhatə edən şəbəkələr qlobal şəbəkələr adlanır. İnternet bərabər hüquqlu, müstəqil, aralarında rabitə əlaqəsi olan düyüm məntəqələrində təşkil olunmuş telekommunikasiya şəbəkəsidir. İnternetin insan fəaliyyətinə böyük sürətlə nüfuz etməsinin əsas səbəbi onun insanların informasiya ehtiyaclarını operativ surətdə ödəyə bilməsi və insanlar arasında elektron ünsiyyət yaratmaq imkanının olmasıdır.
    Bu fənnin məqsədi tələbələrə müasir informasiya texnologiyalarının əsasları, onların indiki vəziyyəti və inkişafı, kompyuter şəbəkələri, şəbəkənin növləri, şəbəkədə istifadə olunan avadanlıqlar, İnternet, İnternetdən istifadə qaydaları, axtarış sistemləri, Elektron hökumət, Elektron vətəndaş, Inkişaf perspektivləri, Elektron hökumətdə vətəndaşların IT bacarıqlarının inkişaf perspektivləri, Elektron imza, Elektron imza sertifikatı, Azərbaycanda elektron imza haqqında qəbul edilmiş dövlət proqramı, Multimediya, Multimediya vasitələrini aşilamaqdan ibarətdir. Fənnin mənimsədilməsində praktiki məşğələlər böyük əhəmiyyət kəsb edir.
    Dərs vəsaiti tələbələrin internet və şəbəkənin əsas informasiya xidmətləri ilə tanış olması, onların lokal şəbəkədə faylların mübadiləsi üsullarını öyrənməsi, lokal və qlobal şəbəkələrin quruluşu və istifadə təyinatı haqqında biliklər əldə etmələri, onlarda informasiyanın internetdə axtarışı üsulları ilə bağlı əməli vərdişlərin qazanılması baxımından faydalı hesab edilir.
    Orta ixtisas müəssisələri üçün nəzərdə tutulmuş dərs vəsaiti Kompyuter şəbəkəsi, İnternet və Multimedia fənni üzrə proqramı tam əhatə edir və informasiya texnologiyasının əsaslarının şərhini verməklə üç bölmədən ibarətdir. Birinci bölmədə şəbəkə, şəbəkə konsepsiyaları, şəbəkənin bırləşmə növləri, şəbəkədə istifadə olunan kabellər, lokal kompyuter şəbəkəsi, şəbəkə proqram təminatı, qlobal şəbəkə, qlobal şəbəkənin strukturu və s. haqqında məlumat verilmişdir.
    İkinci bölmədə İnternet, İnternetin yaranma tarixi, TCP/İP protokolunun əsasları, İnternetin xidmət növləri, domen adlar, İnternet şəbəkəsinə qoşulma, internet bağlantıları, Azərbaycanda internetin inkişafı, provayderlər, “Microsoft İnternet Explorer” proqramı ilə iş, axtarış sistemləri, ingilis dilli, rus dilli, az. dilli aztarış sistemlərindən istifadə, Azərbaycan milli İnternet resursları, Veb sayt yaratmaq və HTML dilinin xüsusiyyətləri göstərilir.
    İnformasiya texnologiyasının inkişafında əsas rollardan biri də Multimediadır. Dərs vəsaitin üçüncü bölməsində Multimedianın əsas anlayışları, multimedia vasitələri, “Multimediya”İnformasiya Sistemləri və Texnologiyaları, Distant təhsil, Elektron hökumət, Elektron vətəndaş, Elektron imza haqqında məlumatlar verilmişdir
    Dərs vəsaitin sonunda keçiriləcək praktiki məşğələlərin siyahısı verilmişdir.



    Download 1,89 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   32




    Download 1,89 Mb.