• Şin topologiyası
  • Lokal kompyuter şəbəkələrinin topologiyası




    Download 1,89 Mb.
    bet6/32
    Sana07.12.2023
    Hajmi1,89 Mb.
    #113034
    TuriDərs
    1   2   3   4   5   6   7   8   9   ...   32
    Bog'liq
    Kitab

    Lokal kompyuter şəbəkələrinin topologiyası



    Kompyuterlər şəbəkəyə qoşularkən hansısa bir konfiqurasiya ilə qoşulur. Şəbəkə elementlərinin şəbəkəyə qoşulma konfiqurasiyasına topologiya deyilir. Bu topologiya şəbəkənin bir sıra vacib xarakteristikalarıni, o cümlədən etibarlı işləməsini, məhsuldarlığını, dəyərini, mühafizəsini təyin edir. Lokal kompyuter şəbəkələri eyni mühitdə və çox böyük olmayan ərazidə (bir otaq, bir bina, bir müəssisə və s. daxilində) qurulan şəbəkədir. Bu şəbəkələrdə kompyuterlər arası məsafə adətən 10m- dən 10 km-ə qədər olur. Lokal kompyuter şəbəkələri müxtəlif topologiya (struktura) üzrə qurulur.

    Şin topologiyası


    Ş in topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər(Şəkil 1.). Bu topologiyada bütün kompyuterlər paralel olaraq şinə qoşulurlar.Şin kompyuterləri bir-birinə bağlayan kabel sistemidir.
    İnformasiya paketlər şəklində şinlə hər iki tərəfə ötürülür.
    İnformasiya göndərmək istəyən kompyuter (şəbəkə adapteri) şinin boş olub-olmamasını (yəni şinlə digər kompyuterlərin informasiya göndərib-göndərməməsini) yoxlayır. Əgər şin boş isə kompyuter paketləri şinlə ötürür. Paket bir neçə hissədən:
    - informasiyanın ünvanlandığı kompyuterin ünvanından;
    - informasiyanı göndərən kompyuterin ünvanından;
    - göndərilən informasiyadan;
    - xidməti sahələrdən ibarətdir.
    Hər bir kompyuter şinlə ötürülən paketlərin ünvan hissəsinə baxır və ona ünvanlanmış paketləri özündə qeyd edir.
    Əgər iki kompyuter eyni zamanda paketlərini şinə ötürərsə bu zaman şində toqquşma olur. Toqquşmaya səbəb olan kompyuterlər qısa bir müddət ərzində informasiya göndərmək hüququnu itirirlər.
    Şin topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır:
    - Hər hansı bir kompyuterin sıradan çıxması şəbəkənin işinə təsir etmir;
    - Şəbəkəyə yeni kompyuterlərin daxil edilməsi asandır;
    - Şəbəkə kartları (adapterləri) ucuzdur;
    Şin topologiyalı lokal şəbəkələrdə şinin (kabel sisteminin) etibarlılığı yüksək olmalıdır. Şin topologiyalı lokal şəbəkələr IEEE 802.3 standartı əsasında qurulurlar. Şin topologiyalı lokal şəbəkələrə nümunə olaraq Ethernet 10 BASE-2, 10 BASE-5 şəbəkələrini göstərmək olar. Burada 10 – şəbəkənin sürətini (Mbit/san) göstərir.
    Halqavari topologiya
    Halqavari topologiyalı lokal şəbəkələrdə hər bir kompyuter bir-biri ilə halqavari şəkildə, yəni birinci kompyuter ikinci ilə, ikinci kompyuter üçüncü ilə, üçüncü kompyuter dördüncü kompyuter ilə və s., sonuncu kompyuter isə birinci kompyuterlə birləşdirilir. Nəticədə halqavari topologiya əldə edilir.(Şəkil 2.)



    Bu topologiyalı şəbəkədə məlumatlar müəyyən bir istiqamətdə (məsələn, saat əqrəbi istiqamətində) bir kompyuterdən qonşu kompyuterə ötürülmək şərti ilə lazımi ünvana (kompyuterə) çatdırılır. Bu tip şəbəkələrdə əsasən marker prinsipindən istifadə edilir. Markeri əldə edən kompyuter məlumat göndərmək hüququna malik olur. Markeri əldə etmiş kompyuterin, digər kompüterlərə göndərəcəyi məlumatı var isə, bu məlumatları markerə yerləşdirərək onu paket şəklinə çevirir, məlumatın gedəcəyi ünvanı və digər lazımi informasiyaları paketə qeyd edərək, qonşu kompyuterə göndərir. Paketi almış kompyuter, onun ünvan hissəsinə baxır və əgər paket ona ünvanlandırılmışsa, paketi özünə qeyd edir, əks halda paketi özündən sonrakı kompyuterə göndərir. Paket halqa ilə tam bir yol keçdikdən sonra paketi göndərmiş kompyuter onu halqadan çıxardır və yeni paketi (əgər göndərməyə məlumatı varsa) göndərir. Əgər göndərməyə informasiya yoxsa markeri bir sonrakı kompyuter göndərir. Bu tip şəbəkələrdə kompyuterlərdən biri həm də monitorinq funksiyasını həyata keçirir (şəbəkə işə qoşularkən markerin generasiya edilməsi, itən markerin bərpası və s.).


    Halqavari topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır:
    - Hər bir kompyuter yalnız qonşu kompyuterlə birbaşa bağlıdır;
    - Hər bir kompyuterin məlumat göndərə bilməsi üçün ona müəyyən vaxt verilir.
    Halqavari topologiyalı lokal şəbəkələrin əsas çatışmayan cəhətləri aşağıdakılardır:
    - Hər bir kompyuter informasiyanın ötürülməsində iştirak edir. Buna görə də hər hansı bir kompyuterin adapterinin sıradan çıxması şəbəkənin işini pozur;
    - Şəbəkə adapteri daima işçi vəziyyətdə olmalıdır;
    Halqavari topologiyalı lokal şəbəkələr IEEE 802.5 standartı əsasında qurulurlar. Halqavari topologiyalı lokal şəbəkələrə nümunə olaraq Token Ring şəbəkəsini göstərmək olar.

    Download 1,89 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   32




    Download 1,89 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Lokal kompyuter şəbəkələrinin topologiyası

    Download 1,89 Mb.