|
Şəbəkə növünün seçilməsi üçün lazım olan faktorlar
|
bet | 5/32 | Sana | 07.12.2023 | Hajmi | 1,89 Mb. | | #113034 | Turi | Dərs |
Bog'liq KitabŞəbəkə növünün seçilməsi üçün lazım olan faktorlar:
-İdarənin sahəsi
-Həll edilən məsələnin tipi
-Kompyuterlərin sayı
-Texnikanın səviyyəsi
-Kompyuter ehtiyatlarına tələbat
-Şəbəkə istifadəçilərinin səviyyəsi
-İxtisasçılar tərəfindən idarə
-Şəbəkədə məlumatın həcmi
-Proqram təminatı
-Maddi xərclər
Lokal kompyuter şəbəkəsi
Kompyuter şəbəkələri bir sıra əlamətlərə görə təsnif edilir. Ərazi baxımından qlobal (beynəlxalq), milli (ərazi, ölkə) və lokal (ayrıca, avtonom) şəbəkələr fərqləndirilir. Onlar fəaliyyət baxımından bir-biri ilə qarşılıqlı şəkildə bağlıdır.
Lokal kompyuter şəbəkələri bir binada və ya binaları yaxın məsafədə yerləşən kompyuter istifadəçilərini əlaqələndirir. Lokal kompyuter şəbəkələri istənilən strukturda (topologoyada) qurula bilər. Əksər hallarda lokal şəbəkədə ayrı-ayrı kompyuterlərdən və çap qurğularından ibarət olan avtomatlaşdırılmış işçi yerləri yaradılır və yüksək sürətli ötürmə kanalı vasitəsilə əlaqələndirilir. Lokal şəbəkənin əhatə dairəsi10 m-dən 10 km-ə qədərdir. Əgər radiokanal rabitəsi tətbiq edilərsə, əhatə miqyasını 20 km-ə qədər artırmaq olar. Bir lokal şəbəkədə təqribən 300 və bir qədər çox kompyuter əlaqələndirmək olar.
Şəbəkə proqram təminatının işlənməsi üçün 2 əsas konsepsiya daha geniş yayılmışdır. Fayl serveri konsepsiyasına görə bütün proqramlar və informasiyalar şəbəkənin baş, mərkəzi kompyuterində mühafizə edilir. Baş kompyuteri ona görə fayl serveri adlandırırlar ki, onun yaddaşında proqramlar və informasiyalar məzmunca, məntiq etibarilə uyğun fayllara ayrılır. Fayl serveri konsepsiyasında proqram təminatı sistemi fayl serveri resurslarından istifadə imkanı yaradır. Bir qayda olaraq bu proqram sistemi fayl serverində yerləşir və istifadəçilər tərəfindən eyni vaxtda istifadə olunur.
Fayl serveri əsasında lokal kompyuter şəbəkəsinin üstünlükləri aşağıdakılardır:
Bütün əlaqədar istifadəçilərin şəbəkənin aparat resurslarından (modemlərdən, çap qurğularından, disklərdən, kompyuterlərdən), proqram vasitələrindən və şəbəkənin hamı üçün ümumi və eləcə də paylanmış informasiya ehtiyatlarından istifadə, informasiyanın və proqramların asanlıqla bir kompyuterdən digərinə ötürülməsi;
Fayl serveri diskində ümumi şəxsi istifadə üçün yazılmış qeyri-məhdud informasiyaların mühafizəsinin mümkünlüyü.Bunun nəticəsində onlarca, yüzlərcə istifadəçinin eyni vaxtda, paralel olaraq kollektiv xarakterli məlumat bazasından istifadəsi;
Net Ware adlanan hazır və standart proqram məhsulları, yəni şəbəkə əməliyyat sistemi vasitəsilə fayl kataloqlarının çoxcəhətli qorunması, yeni faylların şəbəkənin hər bir istifadəçisi tərəfindən sərbəst yaradılması, redaktəsi və s.;
Şəbəkənin bütün bir qrup və hər bir istifadəçisi üçün vacib olan proqram məhsullarının bir nüsxədə fayl serveri diskində etibarlı mühafizəsi;
Şəbəkəyə qoşulmuş istifadəçilərin hamısı, bir neçəsi və hər biri ilə eyni vaxtda dialoq təşkil etmək, yaxud elektron poçt vasitəsilə məktub, xəbər göndərmək mümkündür;
Adətən klokal şəbəkədə bütün əlaqədar istifadəçilərin kompyuterlərində olan çap qurğuları ya bir-biri ilə əlaqələndirilir, ya da ehtiyac yoxdursa, ayrılır, yəni fərdiləşdirilir;
Lokal kompyuter şəbəkələri minlərcə fəaliyyət sahələrihdə, müəyyən ərazi çərçivəsində yaradıla bilər;
Əgər hər hansı ölkədə, rayonda, kənddə, mütəxəssis və idarədə qlobal kompyuter şəbəkəsinin kommunikasiya qovşağı olarsa, lokal şəbəkənin fayl serverinin və ya hər bir istifadəçini asanlıqla həmin şəbəkəyə qoşmaq olar.
Ikinci konsepsiya klient server arxitekturası adlanır. “Klient-serrver” nəinki şəbəkədə resursların kollektiv istifadəsinə, həm də yerləşdiyi serverdə şəbəkənin hər bir istifadəçisinin sorğusu əsasında informasiyanın işlənməsinə və hazır cavabın verilməsinə imkan yaradır. Klient-serverin proqram sistemi quruluşca 2 hissəyə bölünür.
Serverin proqram təminatı
Istifadəçinin klient-proqram təminatı. Bu sistemdə iş belə təşkil edilir. Klient proqramları istifadəçinin kompyuterlərində olur və sorğunu kollektiv istifadə üçün nəzərdə tutulmuş klient-serverə göndərir. Sonra informasiyanın emalı klient-serverdə yerinə yetirilir və hazır cavab istifadəsinin kompyuterinə göndərilir.
|
| |