BÖLMƏ I Şəbəkə, şəbəkə konsepsiyaları




Download 1,89 Mb.
bet4/32
Sana07.12.2023
Hajmi1,89 Mb.
#113034
TuriDərs
1   2   3   4   5   6   7   8   9   ...   32
Bog'liq
Kitab

BÖLMƏ I
Şəbəkə, şəbəkə konsepsiyaları.

Kompyuterlərin istifadəsi zamanı məlumatın bir kompyuterdən digərinə ötrülməsi lazım gəlir. Məlumatı xarici daşıyıcılar və kompyuter şəbəkəsi vasitəsilə ötürmək olar.


Şəbəkə dedikdə verilənlərin ötürülmə vasirələri ilə öz aralarında birləşmiş kompyuterlər toplusu başa düşülür. Verilənlərin ötürülmə vasitələri dedikdə telefon, rəqəmsal, lifli-optik, radio və s. əsasında qurulmuş rabitə kanalları, digər element və qurğular başa düşülür.
Kompyuter şəbəkəsi – istifadəçiləri informasiya mübadiləsi basitəsilə təmin edən və müəyyən şəbəkənin resurslarından kömpleks istifadəyə imkan verən, rabitə kanalları ilə əlaqələndirilmiş kompyuterlər toplusudur.
Kompyuter şəbəkəsinin yaranması üçün ən azı iki kompyuterin bir- birinə qoşulması lazımdır.
Məsələn: bu gün ofislərdə, nəşriyyatlarda, kompyuter klublarda və ya beynəlxalq informasiya mübadilələrində kompyuter şəbəkələri böyük rol oynayır. Əgər bir müəsisənin müdiri ümumi sənədin bütün işçiləri üçün əl çatan olmasını istəyirsə, o kompyuter şəbəkəsindən istifadə edərək bu işi rahatca həyata keçirir.
Kompyuter şəbəkəsi kompyuter və bu tip sistemlər (printer və s.) arasında müəyyən protokolların köməyi ilə informasiya mübadiləsinə imkan verən bir sistemdir. Kompyuterlər bir-biri ilə telekommunikasiya vasitələri (kabellər, şəbəkə adapterləri, modemlər və s.) ilə birləşirlər. Protokol kompyuter şəbəkəsində informasiya mübadiləsinin aparılma qaydalarını müəyyənləşdirir. Bu qaydalar alqoritmləşdirilir, proqramlaşdırılır və şəbəkə qurularkən kompyuterlərə tətbiq edilir. Kompyuterlərin şəbəkə şəklində birləşdirilməsinin bir neçə əsas səbəbi vardır:
- İstifadəçilər arasında informasiya mübadiləsinin sürətləndirilməsi;
- İş yerini tərk etmədən məlumatların (e-mail və s.) qəbulu və ötürülməsi;
- Lazımi informasiyanın dünyanın istənilən nöqtəsindən ani alınmasının mümkünlüyü;
- Müxtəlif proqram təminatı altında işləyən müxtəlif firmaların istehsalı olan kompyuterlər arasında informasiya mübadiləsinin mümkünlüyü və s.
Müasir şəbəkələri bir sıra əlamətlərə görə təsnif etmək olar: kompyuterlər arasında məsafəyə görə, topologiyaya, xidmət göstərdiyi kompyuterlərin sayına görə və s. Kompüterlərin arasındakı məsafəyə görə lokal və qlobal şəbəkələr mövcuddur. İxtiyari qlobal şəbəkəyə digər qlobal və ya lokal şəbəkələr qoşula bilər. Qlobal şəbəkələr də öz növbəsində 4 cür olur: şəhər, regional, milli və transmilli. Qlobal şəbəkədə informasiya serverlərdə saxlanılır. Serverlərin öz ünvanları olur və onlar xüsusiləşdirilmiş proqram vasitəsi ilə idarə olunur.
İnternet qlobal şəbəkədə birləşmiş kompyuterlər çoxluğudur. Internet-özündə milyonlarla kompyuteri, proqramları, verilənlər bazalarını, fayl və insanları birləşdirən şəbəkələrdən ibarət şəbəkədir. Onu da qeyd etmək lazımdır ki, çox vaxt “İnternet” termini əvəzinə “Ümumdünya hörümçək toru”-WWW, “World Wide Web” istifadə olunur. Əslində isə WWW internetin xidmətlərindən yalnız biri, ən çox istifadə ediləndir.
Ayrı-ayrı istifadəçilər internetə adətən telefon şəbəkəsi ilə provayderlər vasitəsilə qoşulurlar. İnternetdə istifadəçilərin rahat işləməsi üçün proqramlar yaradılıb. Bunlara brauzerlər deyilir. Bunlardan “Microsoft İnternet Explorer” və “Netscape Navigator” brauzerlərin ən məhşurlarıdır. Beləliklə istifadəçi brauzerin pəncərəsində elektron ünvanı yazaraq uyğun saytın səhifəsinə keçir. Saytın səhifəsində qrafiklərə, video təsvirlərə baxa, mətnləri oxuya, səs fayllarına qulaq asa, proqramları kompyuterinə yükləyə bilər.
Server öz ehtiyatlarını şəbəkə istifadəçilərinə təqdim edən, xüsusi proqram təminatına malik kompyuterdir. Serverin yerinə yetirə biləcəyi məsələləlr çox sahəlidir. Yerinə yetirdiyi funksiyaya görə serverlər fayl serveri, poçt serveri, faks serveri, kommunikasiya serveri, internet serveri, Web serveri və s. növlərə bölünürlər.
İstifadəçi (clent)- şəbəkə ehtiyatlarından istifadə edən fiziki və hüquqi şəxslərdir.
Şəbəkə funksiyalarına görə bir səviyyəli və server əsasında şəbəkəyə bölünür.
Bir səviyyəli şəbəkədə bütün kompyuterlər eyni hüquqludur. Onlar həm istifadəçi, həm də serverlərdir.
Server əsasında şəbəkədə bir kompyuter digər kompyuterə nisbətən daha çox üstünlüyə malik olur. Bu ayrılmış kompyuterlər server, digərləri isə istifadəçilər adlanır.
Bir təşkilatın kompyuterlərini birləşdirən şəbəkəyə lokal şəbəkə və ya LAN (lokal AREA NET WORK) deyilir.
Lokal şəbəkələri və fərdi istifadəçiləri birləşdirən şəbəkə qlobal şəbəkə və ya WAN (WİDE AREA NETWORK) adlanır.
Kompyuter şəbəkələri ümumi olaraq aşağıdakı kimi təsnif edilə bilər:
1. Lokal şəbəkələr (LAN-Lokal Area Network);

  1. Qlobal şəbəkələr (WAN- Wide Area Network).

Hər bir şəbəkənin özünə uyğun texnologiyaları, standartları və protokolları vardır. IEEE 802.x standartları lokal kompüter şəbəkələri üçün işlənilmişdir.

Download 1,89 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   32




Download 1,89 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



BÖLMƏ I Şəbəkə, şəbəkə konsepsiyaları

Download 1,89 Mb.