Lonjeronlu çərçivə-bir-biri ilə köndələn tirlərlə birləşdirilmiş iki lonjerondan (uzununa
tirdən) ibarətdir.Yük avt-bilinin lonjeronlu çərçinəsinin sxemi göstərilmişdir.Lonjeronlar
polad vərəqlərdən ştamplanır və dəyişən profilli şveller kəsikli olur.Lonjeronların daha
çox yükləndiyi orta hissədə profilin hündürlüyü ən böyükdür.Avt-bilin tipindən və onun
tərtibatından asılı olaraq lonjeronlar birbirinə paralel və ya bucaq altında qoyula bilər,
həmçinin şaquli və üfüqi müstəvilərdə əyilə bilər.Kuzovun,asqıların detallarının,
transmissiya mexanizmlərinin, idarəetmə sisteminin və digər elementlərin lonjeronlara
bərkidilməsi üçün,ona lazım olan kronşteynlər pərçimləndirilir. Köndələn atılan tirlər də
lonjeronlar kimi polad vərəqlərdən ştamplanır.
Çərçivənin ön ucunda bufer və yedək qarmaqları quraşdırılır.Bufer toqquşmalar və
maneəni vurma zamanı təkan və zərbələrin qəbul edilməsi üçündür.Lonjeronlar və
köndələn tirlər bir-biri ilə pərçimlərlə və ya qaynaqla birləşdirulir.Yedək qarmaqları avt-
bili yedəyə götürmək üçündür. Yük avt-bilinin çərçivəsinin arxa hissəsində axırıncı
köndələn tirə avt-bilə qoşquların, yedəyə alınan avt-billərin və s. qoşulması üçün
nəzərdə tutulmuş yedək qurğusu bərkidilir.Bu qurğuya qıfıllı qarmaq, yedəkli avt-bilin
kələ-kötür yolda hərəkəti, həmçinin yerindən tərpənməsi və tormozlanması zamanı
təkan və zərbələri azaldan yay və ya rezin amortizator daxildir.Mərkəzi sütunlu çərçivə
ilk dəfə Çexoslovakiyanın”Tatra” kompaniyası tərəfindən keçənəsrin 20-ci illərində
yaradılıb.Bu çərçivə,adətən.boru şəkilli en kəsikli bir mərkəzi daşıyıcı tirdən və bu tirə
bərkidilmiş müxtəlif quraşdırma kronşteynlərindən ibarətdir(şəkil 8.7).
Çərçivənin daşıyıcı tiri transmissiyanın ayrı-ayrı mexanizmlərinin bir-biri ilə borularla
birləşdirilmiş karterlərindən də təşkil oluna bilər.Karterlər və borular arasında qoyulmuş
kronşteynlər kabinənin,yük platformasının, mühərrikin və avt-bilin digər mexanizmlərinin
bərkidilməsi üçün nəzərdə tutulmuşdr.Transmissiya mexanizmlərinin karterlərindən
təşkil olunmuş çərçivə lonjeronlu çərçivəyə nəzərən daha yüksək əyilmə və burulma
sərtliyinə malikdir.Bu çərçivənin əsas çatışmamazlığı- çərçivəyə sərt bərkidilmiş
aqreqatların təmirinin çətinliyidir. Müasir avtomobilqayırmada sütunlu çərçivələrin
genuş yayılmasının səbəbi budur.Çərçivəsiz konstrvuksiya adətən kiçik və orta sinif
minik avt-billəri,həmçinin avtobuslar üçün(şəkil8.8)tətbiq olunur.Aparan kuzov avt-bilin
çəkisini azaldır və çərçivəli konstruksiya ilə müqayisədə onun hündürlüyünü xeyli
azaltmağa imkan verir.Minik avt-rində kuzovun qüvvə strukturunu gücləndirmək üçün
çərçivəaltıdan istifadə olunur.Çərçivəaltılar kuzovun elementlərinin yerdəyişməsini
məhdudlaçdırır,kuzovun ümumi sərtliyini artırır,asqının xarakteristikasını kardinal
artırmağa imkan verir.Çərçivəlatılar əsas funksiyası ilə yanaşı, həmçinin də asqının
qovşaqlarının-linglərin və aqreqatlarının dayaqlarının bərkidilməsini təmin edir.Audi A3
avt-bilinin arxa çərçivəaltısı(şəkil8.9) polad hissələrdən qaynaq yolu ilə hazırlanmış
konstruksiyadır.
O,çərçivə ilə boltlarla birləçir.Qabaq və arxa intiqallı avt-məsiqrup- çərçivəsi kuzova
inteqrasiya olunmuş avt-billər də fərqləndirilir. Konstruksiyasına görə belə çərçivə
(şəkil8.10)klassik vatianta çox oxşayır(uzununa və eninə millərin növbələnməsi).Fərq
ondadır ki,bu halda,çərçivə kuzovdan ayrılmazdır,yəni ona boltlarla birləşmiş,onunla
bütöv qaynaq olunmuş konstruksiya təşkil edir. İnteqrasiya olunmuş çərçivələr pikap və
yolsuzluq avt-rində istifadə olunur. İnteqrasiya olunmuş çərçivənin bir sıra
çarışmamazlıqları var,onu təmin etmək çətindir,nazik metaldan hazırlamaq olur,klassik
çərçivəyə uduzur,metal tez paslanır və avt-bil ------
|