Şin deşildikdə hava şindən çıxır,lakin o, xüsusi konstruksiyası hesabına işçi vəziyyətdə
qalır.Şinin çiyin nahiyəsində,yan böyüründə və brekerdə sintetik materialdan xüsusi
taxma var,onlar şinin qatlanmasına və qızmadan dağılmasına imkan vermir.Bridgestone
kompaniyasının”(Run Flat”Run on Flat)təhlükəsiz şinləri (şəkil 5.25)də şinin yan
tərəflərinin gücləndirilməsi konsepsiyasına əsaslanır.Adi şinlər boşaldıqda,şin avt-bilin
çəkisinin təsiri ilə əzilir,bortlar diskdən aralanır və yan tərəflər yola toxunur.Sürtünmə
nəticəsində bir neçə km yol keçidikdə şin tam məhv olur.Run Flat şinlərinin
gücləndirilmiş yan tərəfləri şini diskdə saxlayır və şin deşildikdən və hava tam itirildikdən
sonra da avt-bilin çəkisini saxlaya bilir. Bu zaman avt-bilin bütün dinamiki təhlükəsizlik
sistemləri,məs.ABS,ESP,DSC,CBC və s. aktiv qalır.Contiental konserninin Conti Seal
texnologiyası şinin daxili səthinə özlüklü kütlənin çəkilm əsini nəzərdə tutur(şəkil 5.26).
Bu mismar,şurup və digər tikanlı məhsullardan yaranan deşiklərin plomblanmasına
imkan verir.Dəlmə nəticəsində yaranan deşik dərhal və təzyiqin itməməsi ilə yapışır.
Conti Seal texnoligiyası ilə şində
5 mm-ə qədər diametrli deşiklərin müstəqil