O,havanı kameranın içərsinə vurmağa və onun kameradan çıxmasını avtomatik
bağlamağa imkan verir.Təkərrin çənbərinin tipindən və ölçüsündən, şinlərin tək və ya
cütləşmiş yerləşməsindən asılı olaraq,ventillər müxtəlif uzunluqlu və formalı (düz və əyri)
hazırlanır,lakin onların detalları qarşılıqlı əvəz olunan olur.Ventillər metal, rezinləşdirilmiş
dayaqlı metal və rezinmetal hazırlana bilər.Rezinmetal ventil düz rezin gövdədən və
onun içinə taxılmış oymaqdan ibarətdir. Standart zolotniki burub-salmaq üçün oymağın
daxili yivi və açar qapaqcığı açmaq üçün isə xarici yivi var.Gövdənin aşağı hissəsində
rezin dayağı var,onun köməyi ilə ventil kameraya vulkanizasiya olunur. Rezinmetal
ventillər düz metal ventillərdə müqayisədə konstruksiyasına görə daha sadədir,onların
kütləsi və qiyməti azdır, hermetikliyi daha yaxşı təmin edir.Şin(şəkil 5.12) protektordan
5,yastıq təbəqədən(brKarkaker)4, halda bir yerdə birləşdirir və yüksək elastikliyə və
möhkəmliyə malik olaraq,şinə lazımı mphkəmlik verir.Şinin karkası 1-1.5 mm qalınlığında
bir neçə qat korddan ibarıtdir.Kord bir-birinə yaxın yerləşmiş uzununa və uzununa və
nadir eninə tiplərdən ibarət rezinləşdirilmiş parçadırşKordun ipləri nə qədər
möhkəmdirsə,şin bir o qədər uzunömürlü olur. Hazırda kord iplərinin hazırlanması üçün
sinterik lif,şüsə lif və polad məftllər(metal kord)istifadə edilir. Karkasda kord
təbəqələrinin sayı artdıqca, şinin və şinin diyirlənmə müqaviməti artır.
Karkas—şinin çox vacib hissəsi olub,onun möhkəmliyini təmin edir, havanın daxili
təzyiqini qəbul edir və yol tərəfindən təkərə təsir edən xarici qüvvələrin yüklənməsini
ötürür.Karkas bir və ya bir neçə üst-üstə yerləşdirilmiş rezinləşdirilmiş kord
təbəqəsindən ibarətdir.