5mm təşkil edir.Balon tipli pnevmoyastıqlar bir,iki və üç seksiyalı balonlardan istifadə
olunur.
Asqının istiqamətləndirici elementi-itələyici.reaktiv və yan qüvvələri körpüdən
çərçivəyə və əksinə ötürmək üçün istifadə edilir.İstiqamətləndirici elementlərin
konstruksiyasına görə asqılar iki əsas qrupa bölünür,asılı və qeyri-asılı asqılar.Asılı
asqının səciyyəvi xüsusiyyəti oxun sağ və sol təkərini birləşdirən sərt tirin olmasıdır
(şəkil4.8)bunun da nəticəsində onlardan birinin eninə müstəvidə hərəkəti digərinə
ötürülür.
Qeyri-asılı asqı(şəkil4.9)-bir oxun təkərləri ö
z aralarında birbaşa əlaqəsi olmur və biri
obirindən asılı olmadan yerləşdirilir.Qeyri-asılı asqıda təkərlərdən birinin yerdəyişməsi
digərinə birbaşa qtürülmür.Təkərin yola və kuzova nəzərən hərəkətinə görə qeyri-asılı
asqılar.təkərləri eninə,uzununa və eyni zamanda həm eninə və həm də uzununa
müstəvidə yerdəyişmə edən asqılara bölünür.Bu rəqslər söndürücü və ya amortizator
adlandırılan quruluşla söndürülür. Hidravlik amortizatorun iş prinsipi rəqslərin mexaniki
enerjisinin maye sürtünməsi hesabına istilik enerjisinə çevrilməsi və sonradan onun
ətraf mühitə səpələnməsidir.Amortizator-mexaniki enerjini istilik enerjisinə çevirən
quruluşdur.İlk vaxtlar friksion amortizatorlar,sonralar isə hidravlik və qaz amortizatorloru
istifadə olundu.Təsir prinsipinə görə hidravlik amortizatorlar birtərəfli və ikitərəfli təsirə
malik olur.Birincilər-yalnız ərsönməsini təmin edir.İkitərəfli amortizatorun sıxma
gedişində müqavimətindən,adətən,2-5