Körpülər.
Avt-bilin körpüləri çərçivə və ya kuzovu saxlamaq və onlardan təkərlərə şaquli yükləri
ötürmək və həmçinin təkərlərdən çərçivəyə(kuzova) itələyici,tormoz və yan qüvvələri
ötürmək üçündür. Körpülər müxtəlif əlamətlərinə görə təsnif olunur (şəki4.51).Kombinə
edilmiş körpülər eyni zamanda aparan və idarə olunan körpülərdir.
Aparan körpü.Mühərrikdən burucu moment ötürülən aparan təkərli körpü aparan
körpü adlanır.Avt-bildə aparan körpü yalnız qabaq,yalnız arxa və ya yalnız orta körpü və
ya eyni zamanda bütün körpülər ola bilər.Bərk örtüklü yollarda və quru qrunt yollarda
istismar üçün nəzərdə tutulan 4 2 təkər düsturlu məhdud keçicilik qabiliyyəti arxa
aparan körpü daha geniş tətbiq olunur.Aparan körpü sərt içiboş tirdir,onun sonlarında
yastıqlar üzərində aparan təkərlərin topları,içində isə baş ötürmə,diferensial və
yarımoxlar yerləşdirilir.Avt-rdə aparan körpülərin müxtəlif tipləri istifadə edilir(şəkil 4.52).
Asılı asqılı aparan körpü sonluqlarına yastıqlar üzərində aparan təkərlərin topu, içərisində
isə baş ötürmə,diferensial və yarımoxlar yerləşdirilmiş sərt,içiboş tirdir.Qeyri-asılı asqılı
aparan körpü kəsikli hazırlanır,bu zaman baş ötüemənin karteri çərçivəyə bərkidilir,
yarımoxlar isə yellənən hazırlanır. Konstruksiyasına görə körpülərin tirləri(asılı asqılı)
sökülən və ya sökülməyən,hazırlanma üsuluna görə isə--ştamplanmış və ya
ştamplanmamış hazırlanır.
Sökülən körpünün-karteri(şəkil4.52 a).döyülə bilən çuqundan tökmə ilə hazırlanır,
o,ayrılma yeri uzununa şaquli müstəvidə olan,öz aralarında birləşdirilmiş iki hissədən
2və3 ibarətdir. Karterin hər iki hissəsi boğazlığa malikdir,onlara yarımoxların polad boru
şəkil örtüyü 1 preslənir.Onlara ressorların dayaq sahələri 4 və təkər tormoz
mexanizmlərinin dayaq disklərinin bərkidilməsi üçün flanslar 5 qaynaq olunur.Sökülən
aparan körpülər minik avt-rində,kiçik və orta yükgötürmə qabiliyyəti yük avt-rində i ---
--Sökülməyən ştamplanmış-qaynaq olunmuş aparan körpünün(şəkil
əkiəhazırlanır Tirin en kəsiyi boru şəklindədir və uzununa müstəvi üzrə qaynaq olunmuş
iki ştamplanmış polad hissədən ibarətdir.Körpünün tirinin orta hissəsi bir tərəfdən baş
ötürmənin karterinin və diferensialın yerləşdirilməsi üçün,digər tərəfindən isə qapağın
yerləşdirilməsi üçün nəzərdə tutulur.Körpünün tirinə asqının yaylarının dayaq fincanları
7,tormoz mexanizmlərinin dayaq disklərinin birləşdirilməsi üçün flanslar 6 və asqıların
detallarının bərkidilməsi üçün kronşteynlər 8və 10 qaynaq olunub.Sökülməyən
ştamplanmış-qaynaq olunmuş aparan körpülər minik avt-rində və həmçinin kişik və orta
yükgötürmə qabiliyyətli yük olmaqla sökülən körpülərlə müqayisədə onların kütləsi və
hazırlanma qiyməti daha azdır.
|